Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-115/2023 16.03.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Ağdam rayonu Tağıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonunun Tağıbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 16 mart 2023-cü il tarixdə stasionar postda olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 16 mart 2023-cü il tarixdə idarə etdiyi “MersedesBenz” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yük apardığı zaman Qobustan rayonu ərazisində polis əməkdaşları tərəfindən ona saxla işarəsi verimiş, o, da avtomaşını saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq ondan sənəd istədikdə o, polis əməkdaşına özünü düzgün təqdim etməsini bildirmişdir. Ora gələn digər polis əməkdaşları onun avtomaşının yük yerini açmasını ona bildirdiklərinə görə avtomaşının yük yerini də açmış, lakin polis əməkdaşları post-patrul əməkdaşlarını çağırmışlar. Sonra onu Qobustan rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında DİN BDYPİ-in YPXA-nın 3-cü tağımın BYPXM polis kapitanı X4 ifadə verərək göstərdi ki, 16 mart 2023-cü il tarixdə stasionar postda xidmətdə olarkən yoxlamanəzarət qaydasında “MersedesBenz” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını sürücüsünə saxla işarəsi vermiş və avtomaşına yaxınlaşaraq sürücüyə özünü təqdim edərək sənədləri təqdim etməsini xahiş etmişdir. Sürücü Şəxs ona “özünü düzgün təqdim et” dediyinə görə o, dəfələrlə özünü dəqdim etmişdir. Lakin sürücü onunla razılaşmayaraq onun qanuni tələblərinə tabe olmamış və sənədlərini təqdim etməmişdir. Qobustan rayon polis şöbəsinə zəng edərək bu barədə məlumat vermişdir. Heç bir sənəd təqdim etmədiyini görüb bu barədə Qobustan rayon polis şöbəsinə məlumat vermişdir. Qobustan rayon polis şöbəsinin əməkdaşları gəlib onu Qobustan rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 ifadəsində göstərdi ki, 16 mart 2023-cü il tarixdə stasionar postdan Qobustan rayon polis şöbəsinə daxil olmuş məlumata əsasən posta getmiş və orada DİN BDYPİ-in YPXA-nın 3-cü tağımın BYPXM polis kapitanı X2 “MersedesBenz” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs sənədləri təqdim etməsini xahiş etmişdir. Avtomobilin sürücüsü Şəxs Elçin Həsənovdan özünü düzgün təqdim etməsini tələb edərək heç bir sənəd təqdim etmədiyini görüb onu Qobustan rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-115/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-115/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver