Məhkəmə qərarları › İş №3(026)-115/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-115/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-115/2025 11.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Qobustan rayonu, Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 11 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 11 aprel 2025-ci il tarixdə Qobustan RPŞ-də polis əməkdaşları ilə kobud davranaraq qanuni tələblərinə qəsdən tabe olmamış, onların xidməti fəaliyyətini pozmuşdur. Bu hərəkətlər şəxs tərəfindən inzibati binada törədilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X13 bildirdi ki, Şəxs 11 aprel 2025-ci il tarixdə Qobustan RPŞ-nin inzibatı binasında polis əməkdaşları ilə kobud davranaraq ictimai qaydanı pozmuş, polisin normal iş fəaliyyətinə mane olmuş, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, qardaşı X3 rayon DYPB-yə dəvət olunduğu üçün o da qardaşının məsələsinə görə bölməyə getmiş, bölmədə olarkən bölmə rəisi Faiq Quliyev onunla kobud danışdığına görə o da Faiq Quliyevlə yüksək tonda danışmış və qanunun müddəalarını bölmə rəisinin diqqətinə çatdırmışdır. Faiq müəllimin xidməti otağına daxil olmamış, onunla ünsiyyətdə olarkən jestikulyasiya etməklə sonuncuya qarşı əl hərəkətləri etməmiş, hər hansı təhqiramiz ifadələr işlətməmiş və polislər tərəfindən ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Əksinə, mülki geyimdə olan bir polis əməkdaşı ona zərbə vurmasa da, əli ilə sifətinə toxunmuşdur. Xahiş edir ki, heç bir günahı olmadığına görə barəsində olan inzibati xəta haqqında işə xitam verilsin. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Xəlillinin özünü təqsirləndirildiyi maddələrlə təqsirli bilmədiyinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ DYPB-nin bölmə rəisi X17 bildirdi ki, “Tiktok” sosial şəbəkəsində yayılmış avtoxuliqanlıq hərəkətlərinə bənzər görüntülərlə əlaqədar araşdırma aparmaq məqsədilə görüntülərdəki avtomobilin etibarnamə üzrə sürücüsü Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan X11 11 aprel 2025-ci il tarixdə Qobustan RPŞ-nin DYPB-yə dəvət olunmuşdur. “Tiktok” sosial şəbəkəsində görüntüləri əks olunmuş avtomobil də polis bölməsinə gətirilmiş və sürücüdən təhvil alınarkən videoçəkiliş aparılmaqla sürücü Rəşad Xəlilzadə tərəfindən avtomobildə hər hansı dəyərli əmlakının və sənədinin olmadığı bildirilmişdir. Bir müddət sonra Rəşad Xəlilzadənin qardaşı Şəxs polis bölməsinə gələrək onun xidməti otağına daxil olmuş, xidməti otaqda başqa vətəndaşın – X5 olmasına baxmayaraq, Şəxs qardaşının polis bölməsinə dəvət olunmasına narazılığını bildirərək, yüksək tonda mübahisə etməyə başlamış, hədə-qorxu gəlmiş, əl hərəkətləri ilə onu qorxutmağa cəhd etmişdir. Bütün bunlar onun xidməti otağındakı kameralar vasitəsilə görüntüyə alınmışdır. Şəxs bir neçə dəqiqə ərzində polis bölməsinin normal iş rejimini pozmuş, onun səs-küyünə hətta binanın üçüncü mərtəbəsində olan polis əməkdaşları belə reaksiya vermək məcburiyyətində qalmışdır. Eyni zamanda, Rəşad Xəlilzadə “102” xidmətinə zəng vuraraq, avtomobilində pulun olmasına dair yalan məlumat vermiş, halbuki, videogörüntülərdə özü avtomobilində hər hansı dəyərli əmlakının olmadığını bildirmişdir. Onun xidməti otağından Şəxs baş inspektor Rəşad Baloğlanovun köməkliyi ilə xaric edilmiş, bir neçə dəqiqə ərzində Şəxs öz xuliqanlıq hərəkətlərini Rəşad Baloğlanovun xidməti otağında davam etdirmişdir. Polis bölməsində olduğu müddətdə Şəxs qarşı heç bir fiziki zor tətbiq olunmamış, əksinə, o özü mübahisənin gedişində nalayiq ifadələrdən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, 11 aprel 2025-ci il tarixdə, günorta saatlarında şəxsi işi ilə əlaqədar Qobustan rayon DYPB-nin rəisi Faiq Quliyevin qəbuluna getmişdir. Həmin vaxt Faiq Quliyev iclasda olduğuna görə bir müddət gözləməli olmuşdur. Şəxs və X16 polis bölməsinin koridorunda olmuşlar. Faiq müəllim iclasdan qayıdarkən sonuncunun dəvəti ilə o, Faiq müəllimin xidməti otağına keçmişdir. Bu zaman koridorda olan Şəxs də Faiq müəllimin otağına daxil olaraq onunla kobud danışmağa başlamış, yüksək tonda mübahisə etmiş, “şərəfsizlik edirsiz” kimi nalayiq ifadələr işlətmişdir. Bir neçə dəqiqə ərzində çox yüksək tonda polis bölməsində mübahisə davam etmişdir. Nəhayət, Şəxs digər xidməti otağa aparılaraq orada sakitləşdirilmişdir. Mübahisənin gedişində Şəxs qarşı kiminsə fiziki zor tətbiq etdiyinin şahidi olmamışdır. Həmin vaxt polis bölməsində mülki geyimli şəxs də yalnız o özü, onunla birlikdə gəlmiş başqa bir sürücü, Şəxs və X16 olmuşdur. Orada olan polis əməkdaşları isə formada olmuş, mülki geyimli hər hansısa bir polis əməkdaşı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, 11 aprel 2025-ci il tarixdə “Tiktok” sosial şəbəkəsində uzun müddət əvvəl yayılmış videogörüntülərlə əlaqədar o, Qobustan rayon DYPB-yə dəvət olunmuşdur. Bununla bağlı o, “102” xidmətinə məlumat vermiş, o cümlədən qardaşı Şəxs də polis bölməsinə çağırmışdır. Qardaşı polis bölməsində bölmə rəisi Faiq Quliyevlə qarşılıqlı şəkildə yüksək tonda danışsalar da, qardaşı qanunun tələblərini səsləndirmiş, özü ictimai qaydanı pozmamışdır. Eyni zamanda, polis bölməsində olarkən qardaşı Şəxs kiminsə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X9 bildirdi ki, “Tiktok” sosial şəbəkəsində yayılmış avtoxuliqanlıq hərəkətlərinə bənzər görüntülərlə əlaqədar araşdırma aparmaq məqsədilə görüntülərdəki avtomobilin etibarnamə üzrə sürücüsü Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan X11 11 aprel 2025-ci il tarixdə Qobustan RPŞ-nin DYPB-yə dəvət olunmuşdur. “Tiktok” sosial şəbəkəsində görüntüləri əks olunmuş avtomobil də polis bölməsinə gətirilmiş və sürücüdən təhvil alınarkən videoçəkiliş aparılmaqla sürücü Rəşad Xəlilzadə tərəfindən avtomobildə hər hansı dəyərli əmlakının və sənədinin olmadığı bildirilmişdir. Bir müddət sonra Rəşad Xəlilzadənin qardaşı Şəxs polis bölməsinə gəlmişdir. Bir müddət sonra Şəxs yüksək tonda səsini eşidərək otağından çıxmış və sonuncunun bölmə rəisi Faiq Quliyevin otağında onunla mübahisə etdiyini görmüşdür. Şəxs yüksək tonda danışaraq Faiq müəllimə başına oyun açacağı ilə bağlı hədə-qorxu gəlmiş, barmağını silkələyərək hədələr etmişdir. Onun da köməkliyi ilə Şəxs Faiq müəllimin otağından çıxarılmış, daha sonra onun öz otağında eyni şəkildə Şəxs tərəfindən xuliqanlıq hərəkətləri davam etdirilmişdir. X16 də guya avtomobilində pulun olması ilə bağlı “102” xidmətinə məlumat vermişdir. Şəxs bir neçə dəqiqə ərzində DYPB-nin normal fəaliyyətini iflic etmişdir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, eləcə də, Faiq Quliyevin xidməti otağında baş vermiş mübahisə anının videogörüntülərini izləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə isə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin ifadələrindən də göründüyü kimi, Şəxs tərəfindən ictimai qaydanın pozulması bir neçə dəqiqə ərzində Qobustan rayon DYPB-nin rəisi Faiq Quliyevlə mübahisə formasında ifadə olunan vahid bir hərəkət kimi davam etmişdir və Şəxs əməllərində konkret olaraq polisin hər hansısa bir tələbinə tabe olmama kimi bir hüquq pozuntusu müəyyən olunmur. Bununla yanaşı, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi, özünü bu əməlin törədilməsində təqsirli bilməsə də, həm özünün, həm də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda, onun İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi məhkəmə iclasında tədqiq olunmuş videogörüntülərlə də təsdiq olunur. Həmin videogörüntülərdə onun bölmə rəisi Faiq Quliyevlə sonuncunun xidməti otağında mübahisə etməsi və ona barmaq silkələməsi öz əksini tapmışdır. Həmçinin, Şəxs guya hansısa mülki geyimli polis əməkdaşının onun sifətinə toxunması kimi göstərdiyi xüsusat heç bir şahidin, o cümlədən Şəxs öz X16nin ifadəsi ilə də öz təsdiqini tapmamışdır. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağın olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməli, o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 5 (beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 5 (beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 11 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X2 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X2 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar