Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-116/2025 15.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –İXM-in) 327.1-ci, 511.1.3cü, 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)-116/2025 saylı və İXM-in 327.1ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)- 117/2025 saylı materiallar daxil olmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, protokollar və materiallar səlahiyyəti olan şəxs tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir, işə baxılmasının təxirə salınması, iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi və ekspertizanın təyin edilməsi üçun əsas yoxdur. İXM-in 38 və 39-cu maddələrində nəzərdə tutulan hallar mövcud deyildir. İXM-in 34.2-ci maddəsinə əsasən Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)-116/2025 saylı və İXM-in 327.1ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)- 117/2025 saylı işlər birləşdirilməli və qeyd olunan inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 34, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)-116/2025 saylı və İXM-in 327.1-ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)-117/2025 saylı materiallar 3(026)-117/2025 saylı iş nömrəsi altında birləşdirilərək bir icraatda baxılsın. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-116/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-116/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver