Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-117/2021 21.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1989-cu ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 20 may 2021-ci il tarixdə sərxoş halda polisin qanuni tələbinə tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan rayonunun Təklə kəndində yaşayır. 20 may 2021-ci tarixdə “Şirvan” restoranında qohumu Bəxtiyar Babayevlə yeyib-içdikdən sonra Təklə kəndinə gələrkən yol polisi əməkdaşları tərəfindən idarə etdiyi VAZ-2106 markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomaşına saxla işarəsi vermişlər, lakin o, idarə etdiyi avtomaşını saxlamayaraq torpaq yola çıxaraq yoluna davam etmişdir. Yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X4 20 may 2021-ci il tarixdə saat 22:30-da Qobustan rayonunun Acıdərə-Təklə-Sündü yolunun 1-ci km-də Qobustan rayon polis şöbəsinin DYPB-nin əməkdaşları ilə Qobustan rayon ərazisində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən və idarə etmək hüququ olmadan avtomaşını idarə edən sürücülərə qarşı reyd keçirdikləri zaman VAZ-21063 markalı 99 MT053 dövlət qeydiyyat nişanlı və həmin avtomaşının arxasınca hərəkətdə olan “Hyundai” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomaşınlara saxla işarəsi vermiş, lakin sürücülər avtomaşınları saxlamayaraq Təklə kəndi istiqamətində hərəkətlərini davam etdirmişlər. Xidməti avtomaşınla həmin avtomaşınların arxasınca gedərək mayak səs gücləndirici ilə saxla işarəsi versələr də sürücülər onların qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirmişlər. VAZ-21063 markalı avtomaşının sürücüsü bir qədər getdikdən sonra asfalt yoldan çıxaraq torpaq yolla ərazidən uşaqlaşmış, “Hyundai” markalı avtomaşının sürücüsü isə avtomaşını asfalt yolun kənarında saxlamış və sürücüyə yaxınlaşdıqları zaman sürücünün nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Şahid X1 Məmmədalı Elşən oğlunun izahatına uyğun eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X9 verdiyi 20 may 2021-ci il tarixli 323 saylı aktdan görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-117/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-117/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver