Məhkəmə qərarları › İş №3(026)-117/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-117/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-117/2022 27.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Şamaxı rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda Şəxs 12 aprel 2022-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində X1 işlədiyi kafenin 06 ədəd şüşəsini qəsdən sındırdığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olmaqla yaşayır. İİ qrup əlildir. Namiq Abduləliyev əmisidir, münasibətləri əvvəllər yaxşı olsa da son vaxtlar pisləşmişdir. Səbəb isə Namiqin anası, onun isə nənəsi olan Sərmayəyə yaxşı baxmamışdır. Namiq anası Sərmayəni yalnız təqaüd aldığına görə yanında saxlamışdır. Bu səbəbdən də onu və qardaşlarını tutdurmaq istəyir. 12 aprel 2022-ci il tarixdə 10:30 radələrində o, evdən çıxıb Qobustan şəhərinə gedərkən, bu zaman Namiqin mağazasının qarşısında polislərin olduğunu görmüşdür. Sonra o əvvəlcədən nömrəsini bildiyi təhqiqatçı Ağasən Baratova zəng etmiş, nə olduğunu soruşmuşdur. Ağasən Baratov da ona RPŞ-yə gəlməyini bildirmişdir. O, rayon polis şöbəsinə gələndə Namiqin onu mağazasının şüşələrini sındırmaqda günahlandırmışdır. O, Namiqin mağazası tərəfə getməmişdir. Namiq hər dəfə belə sözlərlə onu tutdurmaq istəmişdir. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 aprel 2022-ci il tarixli qərarında göstərilir ki, 20 aprel 2022-ci il tarixli 145-4085-1122 nömrəli əməliyyat tapşırığının cavabında 12 aprel 2022-ci il tarixdə X2 məxsus kafenin pəncərəsinin şüşəsi Şəxs tərəfindən qərəzli olaraq qəsdən sındırılmışdır. Qobustan şəhərində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 19 aprel 2022-ci il tarixli 145-4211-1222 nömrəli məktuba cavabında göstərilir ki, 02 ədəd 1*0,5 metr ölçülərində və 04 ədəd 04*0,2 metr ölçülərində sadə pəncərə şüşələrinin hər birinin qiyməti 6.5 manat və 1.04 manat olmaqla ümumi olaraq 17,16 manat maddi ziyan dəymişdir. Qobustan rayon polis şöbəsinin TQ-in 22 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib dəymiş 17,16 manat maddi ziyanın 2 misli miqdarında, yəni 34,32 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar