Məhkəmə qərarları › İş №3(026)-118/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-118/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-118/2021 21.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şirvan şəhəri, Şirvan küçəsi 64-də yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 20 may 2021-ci il tarixdə polisin qanuni tələbinə tabe olmadığı və eyni zamanda sərxoş vəziyyətdə nalayıq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Şirvan şəhərində yaşayır. X7 20 may 2021-ci tarixdə Qobustan rayonunun Təklə kəndində yaşayan qohumu Vasifgilə gələrkən Qobustan rayonu ərazisində yol polis əməkdaşları ona yaxınlaşaraq ondan sənəd tələb etsələr də təqdim etməmişdir. Onu polis şöbəsinə gətirərək sərxoşluğu müəyyən olunduqdan sonra barəsində inzibati tədbir görülmüşdür. O, hərbidə işləmiş, əlil olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X4 20 may 2021-ci il tarixdə saat 22:30-da Qobustan rayonunun Acıdərə-Təklə-Sündü yolunun 1-ci km-də Qobustan rayon polis şöbəsinin DYPB-nin əməkdaşları ilə Qobustan rayon ərazisində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən və idarə etmək hüququ olmadan avtomaşını idarə edən sürücülərə qarşı reyd keçirdikləri zaman VAZ-21063 markalı 99 MT053 dövlət qeydiyyat nişanlı və həmin avtomaşının arxasınca hərəkətdə olan “Hyundai” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomaşınlara saxla işarəsi vermiş, lakin sürücülər avtomaşınları saxlamayaraq Təklə kəndi istiqamətində hərəkətlərini davam etdirmişlər. Xidməti avtomaşınla həmin avtomaşınların arxasınca gedərək mayak səs gücləndirici ilə saxla işarəsi versələr də sürücülər onların qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirmişlər. VAZ-21063 markalı avtomaşının sürücüsü bir qədər getdikdən sonra asfalt yoldan çıxaraq torpaq yolla ərazidən uşaqlaşmış, “Hyundai” markalı avtomaşının sürücüsü isə avtomaşını asfalt yolun kənarında saxlamış və sürücüyə yaxınlaşdıqları zaman sürücünün nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Dəfələrlə onu nizam intizama dəvət etsələr də, polisin qanuni tələblərinə tabe olmayaraq ünvansız söyüşlər söyməyə başlamışdır. Şahid X1 Məmmədalı Elşən oğlunun izahatına uyğun eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, B.V. Babayev Azərbaycan Respublikası İXM-in 535.1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X10 verdiyi 20 may 2021-ci il tarixli 322 saylı aktdan görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin verdiyi 06 oktyabr 2016-cı il tarixli arayışda göstərilir ki, Şəxs ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini və ikinci dərəcəli əlil olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar