Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-118/2022 28.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1992-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04 aprel 2022-ci il tarixdə idarə etdiyi “Mersedes Benz E230” markalı 900C195 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı- Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 89.1-ci kilometrliyində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 xəsarət alması barədə məlumat daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 04 aprel 2022-ci il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Mersedes Benz E230” markalı 900C195 dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonu ərazisində Şamaxı rayonu istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən öz hərəkət yolunda manevr etmə qaydasını pozaraq dairəyə yaxınlaşmağa bir neçə metr qalmış qarşıda sağda eyni istiqamətdə hərəkət edən “AUDİ A5 XETÇBEK” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili soldan ötüb keçərkən dairəyə az qalmış avtomobilin sükanını sağa çəkib dairənin yanından keçmək istədiyi anda sağa istiqamətlənib sağ arxa yan hissəsi ilə soldan ötüb keçdiyi “AUDİ A5 XETÇBEK” markalı avtomobilin sol ön yan hissəsini vuraraq qarşıya sağa yönəlmiş və yolun sağına çıxıb sol yan üstə aşaraq dayanmışdır. Hadisə vaxtı xəsarət alan olmamışdır. Əməlindən peşmandır. Daxili İşlər Nazirliyinin Bİ və Tİ-nin YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin 27 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilir ki, məhkəmə-tibb ekspertizasının 15 aprel 2022-ci il tarixli, 53 nömrəli rəyi ilə X2 bədən üzərində hər hansı bir xəsarət və xəsarət izləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli 8/910 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes-Benz E230 markalı 95 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci sinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Audi A5 markalı 99BJ990 qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, A.H. Rahmanov Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Şəxs 85 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilsin. Şəxs 85 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-118/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-118/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver