Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-119/2024 03.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, X4 barəsində tərtib olunmuş EQ 20305913 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi ilə bağlı şikayətə baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən barəsində tərtib olunmuş EQ 20305913 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi ilə bağlı Qobustan rayon məhkəməsinə şikayət vermişdir. X1 rayon məhkəməsinə ərizə göndərərək barəsində tərtib olunmuş EQ 20305913 saylı qərardan şikayətə Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxıldığı üçün şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, X2 şikayəti və əlavə olunmuş sənədlər ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Baş X6 İdarəsinin EQ 20305913 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-119/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-119/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver