Məhkəmə qərarları › İş №3(026)-119/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-119/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-119/2025 21.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxxxx 1997-ci il təvəllüdlü, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul Xidməti Alayından daxil olmuş materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə 21 aprel 2025-ci il tarixli, İXP7062151 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, protokola əlavə edilmiş 27 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 18 fevral 2025-ci ildə saat 16:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 109cu kilometrində xx.xx.1997-ci il təvəllüdlü Şəxs idarə etdiyi “Hyundai Azera” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sol zolaqda Bakı şəhərində istiqamətində deməsinə görə 90-100 km/saat sürətlə hərəkətdə olarkən qəfildən sağdan sola doğru bir itin qaçdığını görüb sükanı sağa burmuş və sağ zolaqda eyni istiqamətdə xx.xx.1994-cü il təvəllüdlü X1 50 km sürətlə idarə etdiyi “VAZ-21074” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön yan hissəsi ilə toqquşmuş, nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü X4 xəsarət almışdır. Bundan başqa, Şəxs tərəfindən istintaq zamanı verilmiş izahatda da hadisənin Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 109-cu kilometrliyində baş verdiyini qeyd etmişdir. Göründüyü kimi, Şəxs törətdiyi qeyd olunan İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta Şamaxı rayonu ərazisində törədilmişdir. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İXM-in 112.4-cü maddəsinə əsasən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İşdən də göründüyü kimi, qeyd olunan inzibati xətanın Şamaxı rayonu ərazisində törədilməsi göstərildiyindən, inzibati xəta haqqında işə Şamaxı Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.8ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 43, 109, 110, 112 və 118-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar