Məhkəmə qərarları › İş №3(026)-12/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-12/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-12/2022 11.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1980-cı ildə Şamaxı rayonunun Üzümçü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Bədəlli kəndində yaşayan X5 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda X2 16 dekabr 2021-ci il tarixdə arvadı X3 ilə aralarında yaranmış mübahisə zamanı Şəxs Esmira Balayevanın saçından tutaraq ona fiziki ağrı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərdi ki, X4 onun arvadıdır. 16 dekabr 2021-ci il tarixdə yaşadıqları evdə arvadı Esmira ilə aralarında mübahisə olmuş, mübahisə zamanı Esmiranı sillə ilə vurmuşdur. Əməlindən peşmandır. Esmiradan üzr istəyir. Hazırda Esmira ilə barışıb birlikdə yaşayırlar. Esmiranın ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs onun əridir və münasibətləri daima normal olmuşdur.16 dekabr 2021-ci il tarixdə yaşadıqları Qobustan rayonunun Bədəlli kəndindəki evlərində əri Fizuli ilə aralarında ailə münasibətləri zəmimində mübahisə olmuş, mübahisə zamanı Fizuli onun saçından tutmaqla geriyə itələyərək onu döymüş və həyətdən çölə çıxarmışdır. Hazırda əri Şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, Qobustan rayon MTE və PA birliyinin verdiyi 229 saylı rəyində X1 məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarətlər- boyun nahiyəsinin qançırı bərk kut əşya təsirindən 17 dekabr 2021-ci il tarixdə dava-dalaş nəticəsində yetirilməsi xarakterikdir. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törədən X5 zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar