Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-120/2022 04.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1977-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid,ev 28, mənzil 38-də yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 05 aprel 2022-ci il tarixdə X1 əlindən vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan şəhər sakini X4 ilə təxminən 7 il olar ki, qeyrirəsmi ailə həyatı qurub və bu nikahdan bir qız uşaqları dünyaya gəlib. Onlar bir il əvvələ kimi mehriban yaşayıblar. Son bir ildə Lalə işləmək istədiyi üçün aralarında teztez mübahisələr yaranmışdır. 13 mart 2022-ci il tarixdə Lalənin işlədiyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindəki “Xan-Çinar” kafesində Lalə ilə aralarında mübahisə yaranmış və ondan sonra Lalə acıq edib Qobustan şəhərinə anasının yanına gəldiyi üçün dəfələrlə Laləyə zəng etməsinə baxmayaraq Lalə ona cavab vermədiyi üçün 05 aprel 2022-ci il tarixdə bacanağı Fətullayev Raminlə birlikdə Qobustan şəhərinə, qayınanası Kübra Məmmədovanın evinə gələrək Kübradan və onun gəlinindən Lalənin yerini soruşduğu zaman Kübra ilə mübahisə etmiş və mübahisə zamanı bir-birilərini söyüb təhqir etmişlər, Kübranın əli cızılmışdır. Əməlindən peşmandır, ondan üzr istəyir. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, 06 aprel 2022-ci il tarixdə təxminən saat 18 radələrində kürəkənləri Şəxs və X5 onun mobil telefonuna zəng edərək qizları Lalə və Gülnarın yerini soruşmuş və onları öldürəcəkləri ilə hədələmişlər. 05 aprel 2022-ci il tarixdə təxminən saat 18-19 radələrində kürəkənləri onun yaşadığı Qobustan şəhərindəki ünvanına gələrək yenə də ondan qızları Lalə və Gülnarı soruşmuşlar. Onlara qızlarının yerini bilmədiyini bildirmişdir. Gülnarın əri Ramin yenidən onun yerini soruşan zaman digər kürəkəni Lalənin həyat-yoldaşı Şəxs onun arxasından onu şillə və yumruqla sifətindən vurmuşdur. O, Azərbaycan Respublikasının DİN-nin 102-XZM-ə zəng etmək istəyərkən Şəxs imkan verməmiş və evin içində olan boş boya vedrəsi ilə başından vurarkən sol əlini vedrənin qarşısına tutmuş və sol əlindən xəsarət almışdır. Sonra kürəkənlərinin üstünə yenidən acıqlandıqdan sonra onlar evdən çölə çıxmışlar. O, yenidən DİN-nin 102-ZXM-ə zəng edərək şikayət etmişdir. Qobustan RPŞ-min əməkdaşları hadisə yerinə gələrək onun kürəkənlərini RPŞ-yə aparmışlar. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 26 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 26 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, MTE və PAB-in verdiyi 48 saylı rəyə əsasən X2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilən xəsarətlər-sol əlin 2-ci barmağının sıyrığı bərk-küt əşyanın təsirindən törənmişdir. Yetirilmə tarixi 05 aprel 2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi istisna olunmur. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-120/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-120/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver