Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-120/2024 23.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 23 aprel 2024-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1010/2022 saylı 25 oktyabr 2022-ci il tarixli icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Qaradağ rayon məhkəməsi tərəfindən verilmiş 2(002)-1010/2022 saylı 25 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 450 manat sabit pul məbləğində aliment alınıb X2 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 4773 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs barəsində dəflərlə axtarış elan edilmiş, onun ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış və Qobustan rayon məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 3(026)-67/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati həbs edilmişdir. Lakin buna baxmayaraq aliment borcunu ödəməməkdə davam edir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qaradağ rayon məhkəməsi tərəfindən verilmiş 2(002)-1010/2022 saylı 25 oktyabr 2022-ci il tarixli icra sənədlərinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cəmi 450 manat sabit pul məbləğində aliment alınıb X2 verilməsinə dair icra vərəqəsi üzrə ona təyin olunmuş alimenti əvvəllər işlədiyi üçün ödəyirdi, lakin hazırda iş yeri olmadığı üçün aliment borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, uzun müddət aliment borcunu ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(002)-1010/2022 saylı icra sənədinndən görünür ki, 04 mart 2022-ci il tarixdən başlayaraq 22 may 2013-cü il tarixdə anadan olmuş X5, 13 oktyabr 2014-cü il tarixdə anadan olmuş X6 və 11 oktyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Qobustan rayon məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 3(026)-67/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün təqsirli bilinib 10 gün müddətində həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 01 mart 2023-cü il tarixli 8(026)-51/2023 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qobustan rayon icra və probasiya şöbəsinin 09 aprel 2024-cü il tarixli 261233/2022-32-55 saylı borclunun axtarışı haqqında qərarından görünür ki, xx xxxxxxx 1987-ci il təvəllüdlü Qobustan rayonunun Ərəbqədim kənd sakini Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-120/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-120/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver