Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-121/2022 18.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin rəisi X5 oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən Qobustan rayonu “SON” adlanan ərazidə yerləşən “Cənnət meyvələri” obyekti üzərində 2021-2022-ci illər ərzində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması göstərilərək Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Qobustan Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin rəisi X2 izahatında göstərdi ki, 2019-cu ilin sentyabr ayında monitorinq keçirilən zaman Qobustan rayonunun “SON” adlanan ərazidə Şəxs işlətdiyi “Cənnət meyvələri” obyektinin müqaviləsinin müddətinin bitməsi müəyyən olunmuşdur. Həmin zaman pandemiya ilə əlaqədar obyektin fəaliyyəti dayanmışdır. 03 mart 2019-cu ildə reklama görə icazə almamış və ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs tərəfindən reklam yayımlanmasına dair qanuni icazə alınmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, müqavilə bağlamaq üçün idarəyə getmək lazım olduğunu bilməmişdir. Çünki əvvəllər reklam idarəsinin işçiləri özləri gəlib obyektlərlə müqavilə bağlayırdılar. Obyekti o icarəyə götürmüşdür. Alver olmadığı üçün obyekti may ayının sonunda bağlayacaqdır. Təyin olunmuş cəriməni ödəməyə isə maddi imkanı yoxdur. İş materiallarında olan internet vergi idarəsinin çıxarışının surətindən görünür ki, Şəxs ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin “Cənnət meyvələri” obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs ünvanlandığı bildirişdən görünür ki, Soltanov Səbuhi Rzxan oğlunun oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Cənnət meyvələri” obyektinə aid olan reklamların müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlarını həyata keçirməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunması bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati qaydada təqsirli bilinib 2000 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-121/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-121/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver