Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-121/2024 08.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, şikayətçi Babaşov Kamran Əli oğlunun və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Babaşov Kamran Əli oğlunun Azərbaycan Respublikası Fövqəladə X6 Xidmətinin Qobustan rayon idarəsinin 15 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Babaşov Kamran Əli oğlu Azərbaycan Respublikası Fövqəladə X6 Xidmətinin Qobustan rayon idarəsinin 15 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair Qobustan rayon məhkəməsinə şikayət vermişdir. Babaşov Kamran Əli oğlu izahatında göstərdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon idarəsinin əməkdaşı “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsinin yerləşdiyi binaya gələrək binaya baxıb X2nın pozulması və yerinə yetirilməməsini demişdir. O, isə həmin şəxsə binanın “Azəriqaz” X1 İstismarı İdarəsi tərəfindən müqavilə əsasında icarəyə götürüldüyünü və onun bununla heç bir əlaqəsi olmadığını bildirmiş, lakin həmin şəxs onun sözlərinə əhəmiyyət verməyərək barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edərək Azərbaycan Respublikası İXM-in 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon idarəsinin 15 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi X7 izahat verərək göstərdi ki, 15 aprel 2024-cü il tarixdə “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsinin yerləşdiyi M. Balakişiyev küçəsindəki binada nəzəri yoxlama aparılarkən həmin binada YTQ 01-2001 nömrəli, bənd 6.1.6.5 və 7.3cü bəndlərinin pozulması aşkar edilmişdir. Ona görə də Babaşov Kamran Əli oğlu barəsində 15 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərar tərtib olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə X6 Xidmətinin Qobustan rayon idarəsinin 15 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Babaşov Kamran Əli oğlu Azərbaycan Respublikası İXM-in 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Müəyyən olundu ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi tərəfindən 15 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə qərarı ilə Azərbaycan Respublikası İXM-in 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Toplanmış sənədlərlə və çəkilmiş fotoşəkillərlə “Azəriqaz” X1 İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsinin binada “X2 haqqında” Azərbaycan Respublikası Qanununun yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsi təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 536.1-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə-fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, Babaşov Kamran Əli oğlunun Azərbaycan Respublikası Fövqəladə X6 Xidmətinin Qobustan rayon idarəsinin 15 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Babaşov Kamran Əli oğlunun Azərbaycan Respublikası Fövqəladə X6 Xidmətinin Qobustan rayon idarəsinin 15 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-121/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-121/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver