Məhkəmə qərarları › İş №3(026)-122/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-122/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-122/2021 24.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1961-ci ildə Şamaxı rayonunun Ərəbəqədim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 24 may 2021-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 2(026)-45/2017 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Qobustan rayon məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 2(026)-45/2017 saylı icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada 5191.78 manat məbləğində kredit borcu, 1571.18 manat məbləğində faiz borcu və 2035.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8798 (səkkiz min yeddi yüz doxsan səkkiz) manat 31 (otuz bir) qəpik məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı alınıb “xxxx” QSC-yə ödənilməsi, ünvan 1 ünvanda yerləşən Şəxs mülkiyyətindəki 1 mərtəbəli 171,2 kv m ümumi, 106, 0 kv m yaşayış 65,2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı ev və 0,04 ha həyətyanı torpaq sahəsi açıq hərraca çıxarılaraq satılması, əldə olunmuş pul vəsaiti hesabına Şəxs “xxxx” QSC-nə olan 8798,31 (səkkiz min yeddi yüz doxsan səkkiz, 31) manat borcu və 61 (altmış bir) manat rüsum və xidmət haqqı ödənilməsi və cavabdeh Şəxs ünvan 2 ünvanda yerləşən evinin və torpaq sahəsinin ilkin satış qıyməti 11766 (on bir min yeddi yüz altımış altı) manat müəyyən olunması, ev satıldıqdan bir ay sonra ev cavabdehlər Gülalıyev İbrəhimxəlil Nuralı oğlu və X3 tərəfindən boşaldılmasına dair icra vərəqəsi üzrə icra tədbirləri aparılmış, borclu dəfələrlə Qobustan rayon icra və probasiya şöbəsinə çağırılmış və ondan izahatlar alınaraq borcların ödəməsi ondan tələb edilmişdir. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu tam ödəmək üçün maddi imkanı olmadığını bildirərək borcunu ödəməkdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, barəsində olan icra vərəqəsinin icrasını tam təmin etmək üçün maddi imkanı olmadığı üçün borcunu ödəməmiş, ev bankın mülkiyyətinə keçirilmişdir. Ev bankın mülkiyyətində olsa da yaşamağa başqa yeri olmadığından evdən çıxmayacağını bildirdi. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, İ.N, Gülalıyev Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 2(026)-45/2017 saylı icra sənədindən görünür ki, Şəxs və X2 müştərək qaydada 5191.78 manat məbləğində kredit borcu, 1571.18 manat məbləğində faiz borcu və 2035.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8798 (səkkiz min yeddi yüz doxsan səkkiz) manat 31 (otuz bir) qəpik məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı alınıb “xxxx” QSC-yə ödənilməsi, ünvan 1 ünvanda yerləşən Şəxs mülkiyyətindəki 1 mərtəbəli 171,2 kv m ümumi, 106, 0 kv m yaşayış 65,2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı ev və 0,04 ha həyətyanı torpaq sahəsi açıq hərraca çıxarılaraq satılması, əldə olunmuş pul vəsaiti hesabına Şəxs “xxxx” QSC-nə olan 8798,31 (səkkiz min yeddi yüz doxsan səkkiz, 31) manat borcu və 61 manat rüsum və xidmət haqqı ödənilməsi və cavabdeh Şəxs ünvan 2 ünvanda yerləşən evinin və torpaq sahəsinin ilkin satış qıyməti 11766 manat müəyyən olunması ev satıldıqdan bir ay sonra ev cavabdehlər Şəxs və X3 tərəfindən boşaldılması qət edilmişdir.İcra vərəqəsi əsasında ev hərracda satılmış, “xxxx” QSC-nin mülkiyyətinə keçirilmişdir. “xxxx” ASC-nin adına RX seriyalı ******* saylı şıxarış verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Döbvlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətində göstərilir ki, Qobustan şəhəri, Heydər Əliyev prospektində yerləşən 38 nömrəli fərdi yaşayış evi “xxxx” QSC-nin mülkiyyətindədir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar