Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-122/2024 24.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1996-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Cəmcəmli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 16 mart 2024cü il tarixdə Qobustan rayonunun Cəmcəmli kəndində anası X2 qarşı fiziki zor tətbiq edərək xəsarət yetirmiş və 180 manat dəyərində olan mobil telefonunu sındırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, X3 onun anasıdır və birlikdə Cəmcəmli kənində olan evlərində yaşayırlar. 11 mart 2024-cü il tarixdə təxminən saat 21 radələrində Cəmcəmli kəndində yerləşən evlərində olan zaman anası Tahirənin “Tik Tok” sosial şəbəkəsinə daxil olub orada olan tərbiyəsiz görüntülərə baxdığını görüb anasına telefonunu bağlamağı və həmin saytlara baxmamasını demişdir. Lakin anası ona qulaq asmayaraq baxmağa davam etmişdir. Bu zaman anasından telefonunu ona verməsini demiş, anası isə ona əhəmiyyət verməyərək telefona baxmağa davam etdiyi üçün onun əlindən telefonu məcbur alıb yerə vuraraq yararsız hala salmışdır. Əməlindən peşmandır. Hal-hazırda anası ilə barşmışdır. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxs onun doğma oğludur və birlikdə Cəmcəmli kənindəki evlərində yaşayırlar. Turalın heç bir yerdə işləmir və evdə tez-tez dava dalaş salır və ondan pul tələb edir, verməyəndə isə aralarında mübahisə yaranır. 11 mart 2024-cü il tarixdə təxminən saat 21 radələrində Cəmcəmli kəndində yerləşən evlərində Turalın yenə də ondan siqaret almaq üçün pul istəmiş və Turala 2 manat pul vermişdir. Lakin Tural 2 manatla razılaşmayaraq atasından pul almasını ona demişdir. Əfqanda da pul olmadığını Turalan dediyi zaman Tural onun üstünə qışqıraraq onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş və ona qarşı zor tətbiq edərək sol qolunu burub əlində olan “Redmi 9” markalı mobil telefonu alıb yerə çırparaq sındırdırmışdır. Hazırda oğlu Turalla barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 aprel 2024-cü il tarixli qərarında göstərilir ki, X1 şikayəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 aprel 2024-cü il tarixli qərarında göstərilir ki, Şamaxı rayon MTE və PA birliyinin verdiyi 15 mart 2024-cü il tarixli 35 saylı rəyində X1 məhkəmə tibbi müayinəsi zamanı almış olduğu xəsarətlər-sol said nahiyyəsinin qançırı küt əşya təsirindən törənməklə 11 mart 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Tahirə Cavadovanın almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə görə, bu məcəllənin l57-ci maddəsində nəzərdə tutulmuş inzibati xatanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-ci maddələri ilə təqsirli bilinən Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-122/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-122/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver