Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-123/2021 25.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs oğlunun 25 may 2021-ci il tarixdə oğlu Kamil Kərimovu döyərək xəsarət yetirdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Təklə kəndində yaşayır. Kamil onun oğludur. Oğlu Kamillə 10 aya yaxındır ki, münasibətləri yaxşı deyil, buna səbəb isə bacısı Hicran və onun əri Altayın məktəbli oğlu Kamilə təsir edərək, öyrətmələri olmuşdur. Hicran və onun əri ilə aralarında 10 aya yaxındır ki, Təklə kəndində yerləşən torpaq sahəsi üstündə münaqişə vardır. Hicran və Altay qayınatası Sarvana məxsus torpaq sahəsinin özlərinə məxsus olmasını iddia edirlər, hal-hazırda bu torpaq mübahisəsinə görə Qobustan rayon məhkəməsində araşdırma aparılır. Hicran və Altay işə təsir etmək üçün oğlu Kamili həmişəki kimi öyrədirlər, Kamillə torpaq mübahisəsinə görə danışmır. Kamil həmin torpağın bibisi Hicrana məxsus olduğunu deyərək, bir neçə dəfə mübahisə edərək, cavab qaytarmış, Kamilə yaşının az olmasını, bibisi Hicranla aralarında olan torpaqla bağlı mübahisəyə qoşulmamasını, torpaq mübahisəsinin qanuni yolla öz həllini tapacağını demişdir. 04 aprel 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə otaqda ailə üzvləri yəni, həyat yoldaşı Günel və oğlu Pərvazla birlikdə TV-yə baxmış, Kamil isə bibisi Hicrangildə olmuşdur. Həmin vaxtı Kamil otağa daxil olaraq, yenə də Hicranla aralarında olan torpaq məsələsi ilə bağlı mübahisə yaratmış, Kamilə “sən uşaqsan, ağıllı ol, öz işinlə məşğul ol və bu işə qarışma” demiş, bundan sonra, Kamil cavab qaytarıb kobud şəkildə qışqıraq danışmış və səs-küy yaratmağa başlamış, Kamilin üstünə acıqlananda Kamil onu söyüb üzünə şillə ilə vurmuşdur. Bundan sonra əsəbiləşərək Kamilin baş nahiyəsinə şillə ilə vurmuş, həmin vaxtı digər oğlu Pərvaz araya girərək, Kamilin qarşısını kəsib mübahisə böyüməsin deyə, onu qucaqlayıb həyətə aparmışdır. Kamil bu zaman Pərvazın da sifətinə və başına əli ilə vurmuş, həyətə çıxaraq, Kamili sakitləşdirməyə çalışmışlar, Kamil dartınaraq Pərvazın əlindən çıxıb üstünə gəlmək istəyən zaman, qonşuluqda yaşayan xalası Fəzilə səs-küyü eşitdiyi üçün həyətə gəlmiş, demək olar ki, eyni vaxtda qaynı Cəlal da həyətə girmiş, Kamil Fəziləni görüb Pərvazın əlindən çıxaraq ona tərəf getmiş, bu zaman Pərvaz və Cəlal Kamili tutduqlarına görə Kamil onlarla əlbəyaxa olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirdi ki, Şəxs atası, Cəlal Kərimov isə dayısıdır. Bibisi Hicran Şikarova ilə atası Sərvər və babası Sarvanla torpaq sahəsi üstündə dəfələrlə mübahisələri yaranmışdır. Lakin həmin mübahisə olunan torpaq sahəsi bibisi Hicrana məxsusdur. Həmin torpaq sahəsi ilə bağlı iş hal-hazırda məhkəmədədir. 04 aprel 2021-ci il tarixdə saat 21 radələrində kənd uşaqları ilə söhbət etdikdən sonra evə tərəf getmiş, evə daxil olanda atası Sərvərin, anası Günelin, nənəsi İranənin və qardaşı Pərvazın evdə olduqlarını görmüşdür. Həmin vaxt torpaq üstündə evdə yenə mübahisə olmuşdur. Nənəsi bibisi Hicranın tərəfini tutduğu üçün atası ilə mübahisə yaranmış, Nənəsinin mübahisədə təkləndiyini gördüyü üçün, müdaxilə etmiş, atası və digər ailə üzvlərinə qışqıraraq nənəsi İranə ilə mübahisə etməmələrini tələb etmişdir. Ona görə də ailə üzvləri ilə aralarında mübahisə yaranmış, atasının üstünə gəldiyini görüb qaçmaq istəyəndə qardaşı Pərvaz onu tutmuş, atası yumruq və əli ilə onun başına və boğaz nahiyəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra evdən qaçıb küçədə rastlaşdığı həmkəndlisindən telefonu ilə 102 xidmətinə bu barədə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 30 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 30 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məhkəmə-tibb ekspertizasının verdiyi 06 may 2021-ci il tarixli 41 saylı rəyə əsasən X1 məhkəmə tibbi müayinəsi zamanı başın sağ təpə nahiyyəsinin bir ədəd qançırı, burun belinin, boyunun ön səthinin və sağ əlin arxa səthinin sıyrıqları küt əşya təsirindən törənməklə yetirilmə müddəti 04 aprel 2021-ci il tarixə uyğundur. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-123/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-123/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver