Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-124/2021 26.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1988-ci ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında Şəxs 24 may 2021-ci il tarixli MN ******* nömrəli protokolda sərxoş halda polisin qanuni tələbinə tabe olmadığı və İXP ******* nömrəli protokolda 25 may 2021-ci il tarixdə idarə etdiyi “VAZ-21036” ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşın uzaqvuran işıqdan istifadə etdiyi üçün saxlanılmış və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi göstərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 329.3, 334.1 və 535.1-ci maddələrdə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək 25 may 2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan atasına məxsus “VAZ-21036” ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan şəhərinin H. Əliyev prospekti ilə hərəkətdə olarkən yol polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, lakin sürücülük vəsiqəsi olmadığından və sərxoş olduğundan polisin qanuni tələbinə tabe olmayaraq avtomaşını saxlamamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaş X2 24 may 2021-ci il tarixdə xidmətdə olarkən saat 23:55 radələrində Qobustan rayonunun H. Əliyev prospektində hərəkətdə olan “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıqlandırılmış küçədə uzaqvuran işıqdan istifadə etdiyi üçün mayak səs gücləndirici ilə saxla işarəsi versələr də sürücü onların qanuni tələblərinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Həmin sürücünün arxasınca getmiş, lakin sürücü bir evin qarşısında avtomaşını saxlayaraq avtomaşından düşüb qaçaraq həyətə girmişdir. Onun arxasınca gedib avtomaşını idarə edən şəxsi çağırdıqda həmin şəxsin Xəyal Şixəliyev olduğunu və sürücüyə yaxınlaşdıqları zaman sürücünün nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss edib ondan spirtli içki qəbul etdiyini soruşmuş, sürücü də spirtli içki qəbul etdiyi etiraf etmişdir. Xəyaldan 25 may 2021-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasına gəlməli olduğu barədə iltizam almışdır. İşdə Tibbi Ərazi X1” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7 verdiyi spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında 25 may 2021-ci il tarixli 327 saylı protokoldan görünür ki, X3 25 may 2021-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 25 may 2021-ci il tarixli ******* saylı inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. X4 əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 25 may 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-124/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-124/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver