Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-124/2023 28.03.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2003-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi ev 7-də qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 18 mart 2023-cü il tarixdə saat 18-32 radələrində Qobustan şəhərinin H. Əliyev prospektində VAZ- 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və onun avtomaşını sürücülük hüququ olmadan və sərxoş halda idarə etdiyi məlum olmuşdur. Qobustan rayon polis şöbəsinin əməkdaşı Şəxs bildirdi ki, 18 mart 2023-cü il tarixdə dostu X1 ilə Kamranın idarə etdiyi VAZ-21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını Qobustan şəhərinə gəlmiş və həmin avtomaşını Kamran idarə etmişdir. Həmin günü təxminən saat 18:30 radələrində Kamran avtomaşını saxlayaraq marketə düşmüşdür. Avtomaşının qarşısındakı avtomaşının çıxmaq istədiyini görüb Kamrana xəbər vermədən Kamrana məxsus avtomaşına əyləşərək ona yol vermək niyyəti ilə avtomaşına əyləşərək arxaya sürmüşdür. Həmin vaxtı Qobustan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq sürücülük vəsiqəsinin olub-olmadığını soruşmuşlar. Onlara sürücülük vəsiqəsinin olmadığını demiş, polis əməkdaşları onu Qobustan rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Şöbədə onu alkotest vasitəsi ilə yoxlayarkən onun sərxoş olduğu məlum olmuşdur. Bir bakal pivə içmişdir. Əməlindən peşmandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-124/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-124/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver