Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-125/2021 26.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 09 avqust 1992-ci ildə Qobustan rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 24 may 2021-ci il tarixdə sərxoş halda polisin qanuni tələbinə tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır. 24 may 2021-ci tarixdə idarə etdiyi VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan şəhərində yerləşən evinə gələrkən Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, lakin tələsdiyi üçün polisin saxla işarəsinə tabe olmayaraq avtomaşını sürüb evlərinə getmişdir. Həmin günün səhəri, yəni 25 may 2021-ci il tarixdə evdən çıxıb işlədiyi Müşfüqabad qəsəbəsinə getmişdir. Qardaşı Xəyal ona zəng vuraraq polis əməkdaşlarının onu axtardığını bildirdiyinə görə Qobustan rayon polis şöbəsinə gəlmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2 24 may 2021-ci il tarixdə xidmətdə olarkən saat 23:55 radələrində Qobustan rayonunun H. Əliyev prospektində hərəkətdə olan “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıqlandırılmış küçədə uzaqvuran işıqdan istifadə etdiyi üçün mayak səs gücləndirici ilə saxla işarəsi versələr də sürücü onların qanuni tələblərinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Həmin sürücünün arxasınca getmiş, lakin sürücü bir evin qarşısında avtomaşını saxlayaraq avtomaşından düşüb qaçaraq həyətə girmişdir. Onun arxasınca gedib avtomaşını idarə edən şəxsi çağırdıqda həmin şəxsin Kamil Şixəliyev olduğunu və sürücüyə yaxınlaşdıqları zaman sürücünün nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss edib ondan spirtli içki qəbul etdiyini soruşmuş, sürücü də spirtli içki qəbul etdiyi etiraf etmişdir. Kamildən 25 may 2021-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasına gəlməli olduğu barədə iltizam almışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, K.A. Şıxəliyev Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İşdə Tibbi Ərazi X1” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” X4 verdiyi spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında 25 may 2021-ci il tarixli 328 saylı protokoldan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-125/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-125/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver