Məhkəmə qərarları › İş №3(026)-127/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-127/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-127/2021 04.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1963-cü ildə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava ev 10 Q-də yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 04 iyun 2021-ci il tarixdə polisin qanuni tələbinə tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, ayağında yaranmış problemlə bağlı müalicə üçün 04 iyun 2021-ci tarixdə idarə etdiyi “Mersedes Vito” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı şəhərinə gedərkən Qobustan şəhəri ərazisində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona saxla işarəsi verildiyinə görə avtomaşını saxlamışdır. Polis əməkdaşları ondan sənəd tələb etmiş üzərində sənəd olmadığı üçün polislərə sənəd təqdim etməmişdir. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1 28 may 2021-ci il tarixdə xidmətdə olarkən saat 11:50 radələrində Qobustan rayonunun Təklə kəndinin girişində hərəkətdə olan “Mersedes Vito” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlikəsizlik kəmərindən istifadə etmədiyi üçün sürücüyə saxla işarəsi verilmiş, sürücü bir qədər getdikdən sonra avtomaşını saxlamışdır. Sürücüyə avtomaşını təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi və avtomaşında olan sərnişinlərin və özünün tibbi maskadan da istifadə etmədiklərini və bunun qanun pozuntusu olduğunu deyib onun barəsində inzibati protokol tərtib etdiyini demişdir. Lakin sürücü onun qanuni tələbinə tabe olamayaraq səs-küy salıb avtomaşını yüksək sürətlə idarə edərək ərazidən uzaqlaşmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, H.X. Nağıyev Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar