Məhkəmə qərarları › İş №3(026)-127/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-127/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-127/2022 06.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Qobustan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında Şəxs Azərbaycan Respublikası İXM-in 334.2, 329.3 və 332.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 05 may 2022-ci il tarixdə saat 01:10 radələrində 3 nəfər tanışı ilə iki litr spirtli içki qəbul etdikdən sonra dostu Elvinə məxsus VAZ-2107 markalı 99XM945 dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun kənarındakı Şıxzərli kənd dayanacağında yol polis əməkdaşları tərəfindən ona saxla işarəsi verdiyinə görə avtomaşını saxlamış, polis əməkdaşları tərəfindən yoxlanılarkən spirtli içki içdiyi və avtomaşını sürücülük vəsiqəsi olmadığı aşkar olunmuşdur. Əməlindən peşmandır. 5 aydır Bakı Neftayırma zavodunda işə girdiyi üçün ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1 05 may 2022-ci il tarixdə xidmətdə olarkən Qobustan rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan VAZ-2107 markalı 99XM945 dövlət qeydiyyat nişanlı avtomaşını saxlamış, avtomaşının arxa qapısından bir nəfər şəxsin düşərək avtomaşının sürücüsü olduğunu, lakin avtomaşını Şəxs idarə etməyə verdiyini bildirmişdir. Sürücüyə yaxınlaşan zaman sürücünün nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss edib ondan spirtli içki qəbul etdiyini soruşmuş, sürücü də spirtli içki qəbul etdiyi etiraf etmişdir. 05 may 2022-ci il tarixli İN 642484 saylı manual test rejiminin nəticəsində Şəxs 05 may 2022-ci il tarixdə alkoqolun miqdarı 0,073 faiz müəyyən edilmişdir. Qobustan rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli 3(026)-163/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib bir il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilinib iyirmi gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar