Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-132/2020 19.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, şikayətçi X3 və Qobustan rayon polis şöbəsinin əməkdaşı X4 iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Qobustan rayonunun Şıxzərli kəndində anadan olmuş, Qobustan rayonunun Şıxzərli kəndində yaşayan, “Socar” neft şirkətində işləyən, evli X3 Azərbaycan Respublikası İXM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması barədə xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 onun 200 manat cərimə olunması barədə Qobustan rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. X5 şikayət ərizəsində göstərmişdir ki, Qobustan rayonunun Şıxzərli kəndində qeydiyyatda olsa da, Qobustan şəhərinin Yeni massiv adlanan ərazisində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Şəkər xəstəsi olan qayınanası xx xxxx 2020-ci il tarixdə rəhmət getmiş, onlara qayınanasının hazırda dünyada yayılmaqda olan “COVİD-19” infeksiyasından öldüyünü demişlər. Həyat yoldaşı ilə birlikdə qayınanasının dəfn mərasimində iştirak etmək üçün ora getmiş və maskadan istifadə etmişlər. Həyətdə cəmi 8 nəfər adam olmuşdur. Onlara həyətdə qalmağı və həkimlərin gəlib onlardan da yaxma götürəcəklərini dediklərinə görə dəfndən sonra həyətdə qalmışlar. Sonradan iki nəfər xəstəxana işçisi gəlib onlardan yaxma götürmüş və onunla qaynı Afdandil də “COVİD-19” infeksiyasının olduğu müəyyən edilmişdir. Ona görə Qobustan rayon mərkəzi xəstəxanasında müalicə almışdır. Onlar həyətdə olarkən Qobustan rayon polis şöbəsinin əməkdaşı Vüsal adlı polis işçisi həyətə gələrək ondan soyad, ad və ata adı soruşub getmiş və həmin günün səhəri, yəni xx xxxx 2020-ci il tarixdə onun mobil telefonuna SMS gələrək onun Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə 200 manat cərimə olunduğu göstərilmişdir. Həmin cərimə qanunsuzdur, həyətdə ondan başqa 7 nəfər də olmuşdur. Həmin vaxtı Dövlətin qanunlarına riayət etmiş və dəfn mərasimində cəmi 8 nəfər adam olmuşdur. Yas mərasimini tərk etməməklərinin səbəb isə onlardan yaxma götürmək üçün gələn həkimləri gözləmək olmuşdur. Həmin protokolu qanunsuz hesab edərək ləğv olunmasını xahiş etmişdir. X5 məhkəmə iclasında şikayəti müdafiə edərək göstərdi ki, Qobustan rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə 200 manat cərimə olunmuşdur. Protokoldan Qobustan rayon məhkəməsinə şikayət vermişdir. Qobustan rayon məhkəməsi xx xxxx 2020ci il tarixli 3(026)-132/2020 saylı qərardadı ilə verdiyi şikayət geri qaytarılmışdır. X2 Məhkəməsinə şikayət vermiş, apelyasiya məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli 3(105)- 364/2020 saylı qərarı ilə Qobustan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, Qobustan rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə mahiyyəti üzrə baxılması üçün Qobustan rayon məhkəməsinə qaytarılmışdır. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X6 izahat verərək göstərdi ki, hazırda dünyada yayılmaqda olan “COVİD-19” infeksiyasının yayılmaması üçün Qobustan rayonunda da yas mərasimlərinin və digər məclislərin keçirilməsinin qadağan olması ilə əlaqədar reydlər keçirilmiş, xx xxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinin Qobustan şəhəri üzrə sahə rəisi Hüseynov Bayram Rövşən oğlu ilə Qobustan şəhərində keçirilən yas mərasimində getmiş və orada olan insanlara toplanmamağı bildirmişlər. X1 qaydalarını pozaraq yas yerində iştirak etdiyinə görə Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə 200 manat cərimə olunmuşdur. Məhkəmə iclasında şahid Qobustan rayon polis şöbəsinin Qobustan şəhəri üzrə sahə rəisi Hüseynov Bayram Rövşən oğlu izahat verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Qobustan şəhərində yas mərasiminin olduğunu bilib polis şöbəsinin əməkdaşı X6 ilə yas mərasimi keçirilən həyətə gəlmiş və hazırda yayılmaqda olan “COVİD-19” infeksiyasının daha da çox yayılmaması üçün orada iştirak edən şəxslərə və mollaya yas mərasiminin keçirilməsinin qadağan olunduğunu və toplaşmamağı bildirmişlər. Lakin toplaşan insanlar xəbərdarlıq edilməsinə baxmayaraq həyətdə qalmışlar. Onlardan bir neçəsi karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə cərimə olunmuşlar. Məhkəmə X3, polis şöbəsinin əməkdaşı X4 izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyası ilə əlaqədar xx xxxx 2020-ci il saat 00:00-dan etibarən ərazisində tətbiq olunan sosial izolyasiya tədbirlərindən irəli gələn aidiyyəti vəzifələrin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3 yarımbəndinə əsasən ölkə üzrə sosial izolyasiya tədbirlərinin tətbiq olunduğu müddətdə 2020-ci il 15 mart tarixindən sonra toy məclislərinin, restoran kafelərdə kütləvi şənliklərin, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsinə yol verilməməsi (dəfn mərasimləri istisna olmaqla) saat 21:00dan sonra restoran və kafelərin, eləcə də klubların və barların fəaliyyətinin dayandırmasının nəzarətdə saxlanılması, apteklərin, ərzaq mağazalarının, market və supermarketlərın iş rejim dəyişikliyin edilmədiyi nəzərə alınsınması, xüsusi hallar istisna olmaqla əməkdaşların, hərbi qulluqçuların və mülki işçilərin məzuniyyət dövründə ölkədən kənara səfərləri və xarici dövlətlərə ezamıyyəsi, vətəndaşların kütləvi şəkildə toplanması ilə müşayiət olunan qəbulu, şəxsi heyyətin iştirakı ilə yığıncaqların, əməliyyat müşavirələrinin, iclasların keçirilməsinin dayandırılması qərara alınmışdır. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X1 qaydalarını pozaraq yas yerində iştirak etdiyinə görə Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə 200 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, şikayətçi X5 və digər şəxslər polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizə tədbirlərinə dair qərarına əsasən yas mərasimlərində iştirak etməmələri barədə xəbərdar olunmalarına baxmayaraq Rahil Güləliyev qayınanasının yas mərasimində iştirak etmiş və ona görə o qanunun tələbinə uyğun olaraq polis əməkdaşları tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında tərtib olunmuş protokol əsasında qərar qəbul olunmuşdur. Həmin qərar qanuni və əsaslı olduğundan məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, Qobustan rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğu üçün X3 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 133-134-cu maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Qobustan rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-132/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-132/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver