Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-132/2025 30.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, xx xxxxxxxx 1996-cı ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azəbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azəbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Agentliyi Bakı Regional Bölməsi tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi X3 barəsində tətbiq olunmuş 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli; 02 mart 2023-cü il tarixli, MN ******* nömrəli; 17 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimə qərarlarında qəbul olunmuş cərimə məbləğinin dövlət nəfinə ödənilməməsi göstərilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 03 aprel 2025ci il tarixli, 3-44-1/2-2-2851/25 nömrəli məktubla inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı məktub ünvanlansa da, icra olunmamışdır. Məhkəmə iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 529.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Fatimə adlı köhnə iş yoldaşı özəl işə düzəltmə agentliyində işləyirdi. Özü də “Friday” restoranında aşağı maaşa aşpaz işləyirdi. Fatiməni də oradan tanıyırdı. Təxminən 2022-ci ilin sonları-2023-cü ilin əvvəllərində Fatimə onu özəl bir şirkətdə ekspeditor vəzifəsinə düzəldəcəyini və təxminən 1400-1700 manat əmək haqqı alacağını bildirmişdir. Həmin şirkətin adı da "xxxx" MMC olmuşdur. O, Bakı şəhəri, 28 May metrostansiyasının və Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən həmin şirkətə getmiş, şirkətdəki əməkdaş X4 ilə müvafiq sənədləşdirmə aparmış, ekspeditor vəzifəsinə təyin edilməsi ilə bağlı öz adına olan əmək müqaviləsinə qol çəkmiş, Elşən onun sənədlərini almış, 10-15 gün ərzində işlə bağlı məlumat veriləcəyini bildirmişdir. 10 gün keçməmiş ona zəng edib həmin işin alınmadığını bildirmişlər. Ona yalnız keçən il məhkəmə bildirişi gələndə vergi borcunun olduğunu və onun adına bir neçə şirkət açıldığını öyrənmiş, lakin o vaxtadək onun bunlardan hər hansı bir məlumatı olmamışdır. Hazırda onun adına 3 şirkət mövcuddur: "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC. Həmin şirkətlərdən "xxxx" ilə bağlı olaraq da əvvəllər Nizami Rayon Məhkəməsində inzibati məsuliyyətə cəlb edilmiş və 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan şikayət versə də, şikayətinin nəticəsi barədə məlumatı yoxdur. Həmçinin, Sumqayıt Kommersiya Məhkəməsinin qərarı ilə onun ölkədən getmək hüququ da müvəqqəti məhdudlaşdırılmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, hazırda adına qanunsuz şəkildə qeydə alınmış şirkətlər və hesablanmış vergi borcları ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etmiş, lazım gələcəyi təqdirdə, bununla bağlı məhkəməyə də müraciət edəcəkdir. Həmçinin bildirdi ki, X4 adlı şəxs də hazırda ölkə ərazisindən qaçmışdır. Qeyd etdi ki, o, Aynurə Həsrətovaya aid cərimələrin ödənilməsi barədə protokolu tərtib edən orqanın məktubunu alsa da, həmin məktuba hər hansı cavab da yazmamışdır. Məhkəmənin 30 may 2025-ci il tarixli iclasında iştirak edən protokolu tərtib edən orqanın nümayəndəsi X5 protokolu müdafiə edərək bildirdi ki, "xxxx" MMC-nin əvvəlki direktoru X3 barəsində əvvəllər bir neçə dəfə inzibati cərimə tətbiq edilsə də, həmin cərimə ödənişləri icra edilməmişdir. Həmin cərimələrin ödənilməsi ilə bağlı sözügedən MMC-nin hazırkı direktoru, hazırda da məhkəmə iclasında iştirak edən Şəxs müraciət edilsə də, o, həmin cərimələrin ödənilməsi istiqamətində hər hansı bir tədbir görməyərək hərəkətsizlik etmişdir. Buna görə də onun barəsində İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 529.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 150.5-ci, 150.5.1-ci və 150.5.2-ci maddələrinə əsasən, bu Məcəllənin 150.1ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:
1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana;
2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. İXM-in 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, həmin qərarla "xxxx" MMC-nin direktoru X3 İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 5 gün müddət müəyyən olunması qərara alınmışdır. İşdə surəti olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 02 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, həmin qərarla "xxxx" MMC-nin direktoru X3 İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 5 gün müddət müəyyən olunması qərara alınmışdır. İşdə surəti olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 17 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, həmin qərarla "xxxx" MMC-nin direktoru X3 İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 5 gün müddət müəyyən olunması qərara alınmışdır. İşdə surəti olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs ünvanlanmış 03 aprel 2025-ci il tarixli, 3-44-1/2-2-2851/25 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə edilmiş müraciətlər əsasında ölkəyə idxal olunan qida məhsul partiyalarına regional bölmə tərəfindən qəbul olunmuş qərarların icra vəziyyəti ilə bağlı aparılmış nəzarət tədbirləri zamanı aşkar olunan nöqsanlar əsasında vəzifəli şəxs X3 barəsində inzibati cərimə qərarları qəbul edilmişdir. Lakin qəbul olunmuş 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli; 02 mart 2023-cü il tarixli, MN ******* nömrəli və 17 mart 2023-cü il tarixli, MN ******* nömrəli cərimə qərarlarının icrası borclu X3 tərəfindən bu günədək təmin edilməmişdir. Odur ki, qərarların surəti 17 aprel 2025-ci il tarixədək icra olunması məqsədilə yenidən "xxxx" MMC-nin direktoru Şəxs göndərilir və nəticəsi barədə Agentliyin Bakı Regional Bölməsinə məlumat verməsi xahiş olunur. Qeyd olunan müddət ərzində sözügedən qərarın icrası təmin olunmadığı təqdirdə İXM-in 529.1-1-ci maddəsinə əsasən işəgötürən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndəriləcəkdir. Həmin maddənin sanksiyasına əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar işəgötürən şəxs tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşdə surəti olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs ünvanlanmış 18 aprel 2025-ci il tarixli, 3-44-1/2-2-3513/25 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən aparılmış nəzarət tədbirləri zamanı aşkarlanan inzibati xəta faktları əsasında "xxxx" MMC-nin direktoru X3 barəsində ümumi məbləği 12000 manat olmaqla, 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli; 02 mart 2023-cü il tarixli, MN ******* nömrəli və 17 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarlar qəbul edilmişdir. Şəxs 17 aprel 2025-ci il tarixədək icra olunması, əks halda İXM-in 529.1-1-ci maddəsini əsas tutaraq işəgötürən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəmə orqanına göndərilməsinə dair 03 aprel 2025-ci il tarixli, 3-44-1/2-2-2851/25 nömrəli məktub ünvanlansa da, dövlət nəfinə onun tərəfindən könüllü olaraq ödəniş edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İXM-in 99.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün həmin Məcəllənin 100.1-ci və 100.2-ci maddələrinin tələbləri nəzərə alınaraq 29 aprel 2025-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185B ünvanında yerləşən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə gəlməsi zəruridir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Şəxsdur. İşdə surəti olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 3(007)-5364/2024 saylı qərarından görünür ki, həmin qərarla "xxxx" MMC İXM-in 464-cü maddəsi ilə təqsirli bilinib barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Şəxs İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. X1 "xxxx" MMC-nin direktoru olması ilə əlaqədar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin İXM-in 150.5.1-ci maddəsinin tələblərinə əsasən 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli; 02 mart 2023-cü il tarixli, MN ******* nömrəli və 17 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarlar üzrə cəmi 12000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə "xxxx" MMC-nin hazırkı direktoru Şəxs 03 aprel 2025-ci il tarixli, 3-44-1/2-2-2851/25 nömrəli xəbərdarlıq məktubu göndərilmiş və həmin məktub 08 aprel 2025-ci il tarixində sonuncuya rəsmi qaydada çatdırılmış, Şəxs özü də həmin məktubu aldığını məhkəmə iclasında təsdiq etmişdir. Sözügedən cərimələrin ödənilməsi ilə bağlı "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən hər hansı tədbir görülmədiyindən 18 aprel 2025-ci il tarixli məktubla yenidən müraciət edilərək İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının nəzərdə tutulduğu bildirilmişdir. Sadalanan tədbirlərə baxmayaraq, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Agentliyin qanuni göstərişinə əsasən cəmi 12000 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmiş, Agentliyin tələbinə ümumiyyətlə cavab verilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən 29 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün vəzifəli şəxs kimi İXM-in 150-ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun aldadılma nəticəsində "xxxx" MMC-nin direktoru olması ilə bağlı izahatında bildirdiklərinə münasibətdə isə qeyd edir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış məlumatlara əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi kimi Şəxs qeydiyyata alınmışdır və nə qədər ki, bu məlumatlar və digər sənədlər qüvvədədir, MMC-nin qanuni təmsilçisinin hazırda irəli sürdüyü dəlillərin əsası yoxdur, həmin məsələlər üzrə araşdırma aparılması hazırkı icraatda mümkün deyildir. Beləliklə, iş materialları və işin faktiki halları ilə "xxxx" MMC-nin direktoru Şəxs İXMin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiqini tapmış, onun qeyd olunan inzibati xətanı törətməsinə dair mötəbər sübutlar iş materiallarına əlavə olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırda Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilmir. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs İXM-in 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Samir Mayılov