Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-134/2020 06.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Şəxs iştirakı ilə, xx xxx 1974-cü ildə Şamaxı rayonunun Nərimankənd anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP ******* nömrəli protokolda Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarda nəzərdə tutulan cəriməni üç ay keçməsinə baxmayaraq ödəmədiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, barədə tərtib olunmuş protokol üzrə cəriməni maddi imkanı olmadığı üçün ödəyə bilmir. İşdə olan Şəxs barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, EQ 075611 saylı, EQ ******* saylı, EQ ******* və EQ ******* saylı qərarlara əsasən inzibati cərimə edilmiş və həmin cəriməni ödəmədiyi üçün Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ səkkiz ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-134/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-134/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver