Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-135/2021 14.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Xudat qəsəbəsində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik maddəmarixuana satış məqsədi olmadan əldə edib üzərində saxlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirdi ki, Xaçmaz rayonunun Aşağı Oba kəndində qeydiyyatda olmaqla Xaçmaz rayon Xudat qəsəbəsində yaşayır. “Araz Aqro” şirkətində elektrik işləyir. Ağsu rayonunda binaların birində elektrik işləyir. Həmin rayonda olan binaların birində elektrik işləri görməli olduğundan 28 aprel 2021-ci il tarixdə saat 05 radələrində istifadəsində olan “Hyundai Elantra” markalı **-LM-*** qeydiyyat nişanlı avtomobillə yaşadığı Xaçmaz rayonundan Ağsu rayonuna işə getmək üçün yolda düşmüşdür. Təxminən 200 km getdikdən sonra tanımadığı ərazidə maşını saxlayıb maşınında olan nəşəni siqaret dənəsinin içinə yarımçıq dolduraraq çəkməyə başlamışdır. Əlavə olaraq bir siqaret dənəsinin də içini nəşə, yəni narkotik vasitə ilə doldurub saxlanc yerinə qoymuşdur. Bundan başqa kağız bükülüdə də nəşəsi olmuşdur. Bakı-Şamaxı-Yevlax yolu ilə hərəkət edərkən Qobustan rayonu ərazisindəki YPX postunda polis əməkdaşı ona saxla işarəsi verdiyi üçün maşını saxlamışdır. YPX əməkdaşı ona “stop” nişanının tələbini pozduğunu bildirmiş, kameraya baxmaq üçün onunla birlikdə inzibati binaya daxil olmuşdur. YPX əməkdaşı ona özünü şübhəli apardığını deyərək spirtli içki və yaxud başqa təsir edən bir şey qəbul edib-etmədiyini soruşanda sualdan həyəcanlandığı üçün səmimi etiraf edərək yolda olanda ‘nəşə” çəkdiyini bildirmişdir. YPX əməkdaşı ona üzərində narkotik vasitə olub-olmadığı soruşanda cavab olaraq üzərində olmadığını lakin maşınında bir siqaret dənəciyinin içini boşaldıb nəşə doldurduğunu demişdir. Əməlindən peşmandır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə edilməli, iş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 0,334 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə edilsin və iş üzrə maddi sübut olan, Qobustan rayon polis şöbəsində saxlanılan 0,334 qram olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-135/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-135/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver