Məhkəmə qərarları › İş №3(026)-135/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-135/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-135/2023 11.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəsul oğlunun iştirakı ilə, xx xxxx 1980-ci ildə Abşeron rayonu Şurabad kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan və yaşayan Şəxs Rəsul oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs Rəsul oğlunun narkotik vasitədən istifadə etdiyi göstərilmişdir. Şəxs Rəsul oğlu bildirdi ki, Qobustan rayon Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla yaşayır. 10 aprel 2023-cü il tarixdə saat 17 radələrində Qobustan şəhərində olan zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşmış və ona suallar verərək şəxsiyyət vəsiqəsini tələb etmişlər. Şəxsiyyət vəsiqəsi üzərində olmadığını bildirmiş, daha sonra onu RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. RPŞ-də olarkən ona narkotik vasitə istifadə edib-etməyini soruşmuşlar. O, da təxminən bir neçə ay əvvəl narkotik vasitə olan marixuana qəbul etməsini polislərə demişdir. Daha sonra üzərində narkotik vasitə və ya hər hansı bir qanunla qadağan olunan əşya və predmet aşkar edilməmişdir. O, bir ay bundan əvvəl Bakı-Şamaxı yolunun kənarında yerdən siqaret tapmış, içərisində narkotik olduğunu bilmiş və istifadə etmişdir. O, heç bir narkotik tərkibli dərman və ya preparat qəbul etmir. O, yalnız bir neçə ay əvvəl narkotik vasitə olan marixuana qəbul etmişdir, bu səbəbə görə testi pozitiv olmuşdur. Etdiyi əmələ görə peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Rəsul oğlunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Qobustan rayon polis şöbəsinin İQ-un 11 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, Şəxs Rəsul oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin İQ-un 11 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsin ambulator macburi narkoloji tibbi yoxlamanın 2059 nömrəli rəyindən görünür ki, Şəxs Rəsul oğlunda kannaboidlərdən istifadə halları olub. Lakin hal-hazırda Şəxs Rəsul oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Şəxs Rəsul oğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxs Rəsul oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs Rəsul oğlu Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Rəsul oğlu Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə edilsin. Şəxs Rəsul oğlu ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar