Məhkəmə qərarları › İş №3(026)-135/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-135/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-135/2025 16.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, şikayət vermiş şəxs X1, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil və qərarından şikayət verilmiş şəxs X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.2-ci maddəsinə əsasən tərtib edilmiş İXP ******* seriya nömrəli inzibati protokol əsasında 100 manat cərimə olunması barədə qəbul edilmiş TP ******* saylı qərarın ləğv edilməsinə və həmin qərarın icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Səyyah Aslanov şikayətini onunla əsaslandırmışdır ki, 27 aprel 2025-ci il tarixində, saat 16:15 radələrində Bakı-Şamaxı avtomobil yolunun 89-cu kilometrliyində yerləşən dairəvi formal yol qovşağında ona məxsus **-UY-*** dövlət nömrə nişanlı, “Toyota RAV 4” markalı nəqliyyat vasitəsi digər sürücü tərəfindən idarə olunan “Mercedes” markalı avtomobil tərəfindən vurularaq zədələnmişdir. Hadisə baş verdiyi anda onun daxil olduğu istiqamətdə nə “4.3 Dairəvi hərəkət” nişanı, nə də “2.4 Yol ver” nişanı mövcud olmamışdır. Digər sürücünün istiqamətində isə “Baş yol” nişanı quraşdırılmışdır. Bu hal “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77.3-cü maddəsinə əsasən yol qovşağının bərabər əhəmiyyətli yolların kəsişməsi kimi qiymətləndirilməsini tələb edir. Qaydaya görə, belə hallarda sağdan gələn nəqliyyat vasitəsinə yol verilməlidir. O, dairəyə sağ istiqamətdən daxil olduqdan sonra hadisə baş vermişdir və o sürücü kimi hüquqi baxımdan üstünlük hüququna malik olmuşdur. Ən önəmlisi, bu hadisə nəticəsində ona heç bir əsas olmadan İXM-in 327.2-ci maddəsinə əsasən İXP ******* seriya nömrəli inzibati protokol tərtib olunmuşdur. Halbuki, o, hadisə zamanı öz yolunda hərəkət etmişdir. Hadisənin əsas səbəbi Bakı-Şamaxı dairəvi yol qovşağında yol hərəkətinin ziddiyyətli və natamam tənzimlənməsidir. Yolun bir istiqamətində “Baş yol” nişanı quraşdırılmış, digər istiqamətində isə heç bir nişan qoyulmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 77.3-cü maddəsinə əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. “Yol hərəkəti haqqında” Qanunun nişanlarla bağlı əlavəsi – dairəvi hərəkətin hüquqi təşkil olunması yalnız 4.3 nişanı ilə mümkündür. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, hadisə baş verən zaman öz yolu ilə “Nərimankənd dairəsi” adlanan dairəyə doğru hərəkətdə olmuş, onun yolunun üzərində köməkçi yolda olmasına dair və baş yola çıxacağına dair hər hansı bir nişan olmamış, nəticədə də dairəyə daxil olmaq istərkən Bakı şəhəri istiqamətindən Şamaxı rayonu istiqamətinə doğru hərəkət edən avtomobillə toqquşma baş vermişdir. Nə qədər ki, onun hərəkət etdiyi yolda ikinci dərəcəli yol olduğuna dair bir nişan yoxdur, hesab edir ki, həmin toqquşma baş verən nöqtədə kəsişən yollar bərabər dərəcəli yollardır. Belə olan halda Bakı şəhəri istiqamətindən gələn avtomobil ona yol verməli idi. Xahiş edir ki, 27 aprel 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və barəsində olan iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə və vəkili Vəkil şikayət vermiş şəxs X4 ilə eyni məzmunda çıxış etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 bildirdi ki, 27 aprel 2025-ci il tarixində Bakı-Şamaxı avtomobil yolunun 89-cu kilometrliyində yerləşən dairəvi yol qovşağında Səyyah Aslanova məxsus **-UY-*** dövlət nömrə nişanlı, “Toyota RAV 4” markalı nəqliyyat vasitəsi başqa bir sürücü tərəfindən idarə olunan “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Bu hadisə ilə bağlı araşdırma onun tərəfindən aparılmış, bilavasitə hadisə baş verən zaman əraziyə tərəfindən baxış keçirilmişdir. Həqiqətən də, şikayətçinin hərəkət etdiyi yolda yolun ikinci dərəcəli və ya köməkçi yol olduğuna dair hər hansı bir xəbərdaredici yol nişanı olmamışdır. Lakin Bakı şəhəri istiqamətindən Şamaxı rayonu istiqamətinə doğru hərəkət edən “Mercedes” markalı digər maşının yolunda onun baş yolda olmasına dair yol nişanı mövcuddur. Sözsüz ki, Səyyah Aslanovun “Nərimankənd dairəsi”nə çatmamışdan əvvəl Bakı şəhəri istiqamətindən gələn yolda quraşdırılmış baş yol işarəsini görməsi mümkün olmamışdır. Lakin ərazinin quruluşundan istənilən sürücüyə aydındır ki, Səyyah Aslanovun dairəyə daxil olduğu yol ikinci dərəcəli yoldur. Buna görə də onun tərəfindən Səyyah Aslanov barəsində protokol tərtib edilərək, onun barəsində İXM-in 327.2-ci maddəsinə uyğun olaraq 100 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilərkən Səyyah Aslanov da ərazidə olmuş, lakin təqsirsiz olması ilə bağlı hər hansı fikir bildirməmişdir. Sözsüz ki, Səyyah Aslanov təqsirin onda olmasına dair hər hansı etiraz etmiş olsaydı, daha dərin araşdırma aparılmaqla, hətta yol-nəqliyyat hadisələri ekspertizası da təyin edilməklə təqsirkar daha dəqiq müəyyən edilə bilərdi. Belə ki, sözügedən yol-nəqliyyat hadisəsinin hətta videogörüntüləri də mövcuddur. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş İXP ******* seriya nömrəli, 27 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 27 aprel 2025-ci il tarixdə, saat 17:39-da Bakı- Şamaxı-Yevlax yolunun 89-cu kilometrliyində **-UY-*** dövlət qeydiyyat nişanlı, “Toyota RAV 4” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş TP ******* seriya nömrəli, 27 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İXP ******* seriya nömrəli, 27 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İXM-in 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru X3 tərəfindən X4 barəsində qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə olunmalıdır. Belə ki, hazırda şikayət vermiş şəxs Səyyah Aslanov onun barəsində tətbiq edilmiş inzibati cərimə ilə razılaşmayaraq, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş və şikayətinin əsası kimi ona istinad etmişdir ki, onun hərəkət etdiyi yolda həmin yolun ikinci dərəcəli yol olmasına dair hər hansı bir xəbərdaredici yol nişanı olmamış, bu səbəbdən də o, öz hərəkət etdiyi yolu toqquşduğu digər avtomobilin hərəkət etdiyi yolla eyni dərəcəli olaraq qəbul etmiş, “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin İİİ hissəsinə görə isə ona yol verilməli olduğunu düşünmüşdür. Məhkəmə iclasında iştirak edərkən inzibati xəta haqqında protokolu tərtib etmiş və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru X3 ifadəsində təsdiq etmişdir ki, həqiqətən də, Səyyah Aslanovun hərəkət etdiyi yolda həmin yolun ikinci dərəcəli yol olmasına dair hər hansı bir yol nişanı olmamış, lakin digər avtomobilin hərəkət etdiyi yolda həmin yolun baş yol olmasına dair yol nişanı olmuşdur. Bununla yanaşı, o, Səyyah Aslanovun hadisə zamanı bununla bağlı hər hansı bir etiraz etmədiyini, əgər belə bir etmiş olsaydı, daha dərin araşdırma aparılmaqla, hətta yolnəqliyyat hadisələri ekspertizası da təyin edilməklə təqsirkarın daha dəqiq müəyyən ediləcəyini bildirmişdir. Göründüyü kimi, barəsində şikayət verilmiş şəxsin özü də araşdırmanın natamam olduğunu və işin bütün hallarının hərtərəfli araşdırılmadığını qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, İXM-in 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru X3 tərəfindən X4 barəsində qəbul edilmiş 27 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar