Məhkəmə qərarları › İş №3(026)-136/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-136/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-136/2020 27.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında protokolda Şəxs xx xxxx 2020-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində yaşadığı evdə qardaşı arvadı X2 döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Nabur kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2020-ci tarixdə saat 17 radələrində Sevdanın evinə yaxınlaşıb, toyuq xoruzunu satmaq üçün götürmək istədiyini bildirmiş, lakin Sevda toyuq xoruzunu vermədiyi üçün əsəbiləşib Sevdanı döymüşdür. Sonra da toyuq xoruzunu götürüb aparıb Rafayılın oğluna 12 manata satmışdır. Həmin toyuq xoruzunu bir neçə ay bundan əvvəl Sevda ilə birlikdə şərikinə almışdır ki, həmin xoruzu Sevda saxlayıb böyütsün birlikdə satsınlar. Lakin, xoruzu məcburi qaydada Sevdadan alıb apardığı üçün bu əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, əri Cavid Abdulaliyev təxminən 2 il bundan əvvəl cinayət törətdiyi üçün həbs edilmişdir. Həmin vaxtdan Nabur kəndində 2 azyaşlı övladı ilə bir evdə yaşayır. O, həyətində olan toyuq hinində 4 ədəd toyuq və 1 ədəd xoruz saxlayır. Həmin toyuqları və xoruzu bir neçə ay bundan əvvəl qaynı Camillə birlikdə şərikinə almışdır. Razılaşmışdır ki, həmin toyuqları və xoruzu özü saxlayıb, böyüdüb, sonra satsınlar. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində o, həyətində olan vaxtı Camil həyətə gəlib, şərikinə aldıqları xoruzu aparıb satmaq istədiyini, karyerə işləməyə gedəcəyini, gələndən sonra ona çatan pulu verəcəyini demişdir. O isə Camillə razılaşmamışdır. Fikirləşmişdir ki, Camil xoruzu satıb, özünə çatan pulu götürüb ona çatan pulu isə verməyəcək. Buna görə də Camilə, “xoruzu özüm sataram, sənə çatan pulu özüm verərəm” sözlərini demişdir. Camil isə razılaşmamış və xoruzu özü satmaq istədiyini demişdir. Buna görə də mübahisə yaranmış, mübahisə vaxtı, Camil sol əli ilə onun boğazının sağ tərəfindən tutub sıxaraq ona fiziki zor tətbiq etmiş, buna görə də o, qorxub kənara qaçmışdır. Bundan sonra, Camil hinə daxil olub hində olan şərikinə aldığı toyuq xoruzunu götürüb çıxıb getmişdir. Camil çıxıb gedəndən sonra, o, hinə gəlib toyuqların və xoruzun hində olmadığını görmüş, əvvəlcə elə bilmişdir ki, Camil toyuqların və xoruzun hamısını aparmışdır. Buna görə də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərkən Camilin bütün toyuqları və xoruzu aparmasını bildirmişdir. İşdə olan Qobustan rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Qobustan rayon MTE-a və PAB-nin xx xxxx 2020-ci il tarixli 92 saylı rəyində X1 boynun sağ yan səthinin, sağ bazunun qançırları küt əşyanın təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X1 almış olduğu xəsarətlərdən- ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan Qobustan rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs barəsində Azərbaycan Respbulikası İXMnin 157-ci maddəsi ilə inzibati qaydada təbdir görülməsi üçün Qobustan rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar