Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-136/2021 16.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1964-cü ildə İmişli rayonunun Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 14 iyun 2021-ci il tarixdə Qobustan rayonunda küçədə sərxoş vəziyyətdə ictimai qaydanı pozaaraq xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan şəhərində yaşayır. 14 iyun 2021-ci il tarixdə qızının evinə qonaq getmiş və orada spirtli içki qəbul etmişdir. Öz evinə gələrkən Qobustan rayonunun “Son” adlanan ərazisində polis əməkdaşlarının ona yaxınlaşaraq ictimai qaydanı pozduğunu demişlər. O isə evinə getdiyini demişdir. Polis əməkdaşları onu Qobustan rayon polis şöbəsinin ictimai binasına gətirmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin PPX-nin əməkdaşı X5 izahatında göstərdi ki, 14 iyun 2021-ci il tarixdə saat 17-18-də xidmətdə olduğu zaman Qobustan rayonunun “Son” adlanan ərazisində bir nəfərin uca səslə söyüş söydüyünü görüb ona yaxınlaşaraq özünü təqdim etmiş və onu nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün onu polis şöbəsinə gətirmişlər və onun Şəxs olduğu müəyyən edilmişdir. Şahid X1 Savalan İlham oğlunun izahatına uyğun eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Qobustan rayon X4 Hüquqi Şəxsin verdiyi 14 iyun 2021-ci il tarixli spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında 342 saylı protokolunda Şəxs 14 iyun 2021-ci il tarixdə ağır dərəcəli alkoqol sərxoşluğu müəyyən edildiyi göstərilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-136/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-136/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver