Məhkəmə qərarları › İş №3(026)-137/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-137/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-137/2020 27.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Qobustan Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru x2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1980-ci ildə Qobustan rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonunun Yekəxana kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli protokolda göstərilir ki, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)-928/2019 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru x4 bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(074)-928/2019 saylı icra sənədinə əsasən Şəxs bir uşağın saxlanılmasına görə 100 manat sabit pul məbləğində aliment tutulub x1 verilməsinə dair icra vərəqəsi üzrə onun 1000 manat borcu yaranmışdır. Borclu dəfələrlə Qobustan rayon icra və probasiya şöbəsinə çağırılmış və ondan izahatlar alınaraq aliment borcunu ödəməsi ondan tələb edilmişdir. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını bildirmiş, borclu aliment borcundan bu günə kimi heç bir ödəniş etməmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Onun barəsində xx xxxxxx 2020-ci il tarixdə axtarış elan olunmuşdur.Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)- 928/2019 saylı icra sənədinə əsasən ondan 100 manat sabit pul məbləğində aliment tutulub xx xxxx 2015-ci il tarixdə anadan olmuş Abdullayeva Ruqayyə Möhlət qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün x1 verilməsinə dair icra vərəqəsi üzrə onun bu günə kimi 1000 manat aliment borcu yaranmışdır. Pulu olmadığı üçün aliment borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Qobustan rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2020ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş Qobustan rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar