Məhkəmə qərarları › İş №3(026)-137/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-137/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-137/2021 18.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxxxxxx 1967-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13 iyun 2021-ci il tarixdə Qobustan şəhəri ərazisində əlil şəxslər üçün tikilən evlərin ustaları və tikinti rəhbərləri ilə mübahisə edərək onları təhqir edib xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır. Qobustan rayonu ərazisində tikintisi əlillər üçün nəzərdə tutulan evlərdə işləyir. Hərbi xidmətdə olan oğlunun yanına getmək üçün pul lazım olduğundan işlədiyi işin pulunu almaq üçün tikintiyə rəhbərlik edənlərdən pulunu istəmişdir. Lakin onlar 13 iyun 2021-ci il tarixdə pulunun ona veriləcəyini dediklərindən həmin günü yenidən tikintiyə getmiş və pulunun verilmədiyini bilib içkili olduğundan özünü idarə edə bilməyərək orada səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, Qobustan şəhərində əlillər üçün tikilən evlərin tikintisinə rəhbərlik edir. 13 iyun 2021-ci il tarixdə bir nəfər tanımadığı, lakin sonradan adının Vaqif olduğu bildiyi şəxsin tikintiyə gələrək həmin tikintidə işlədiyini və işlədiyinin haqqının ona verilmədiyini deyərək ağlayı sökməyə başlayaraq söyüş söydü. Vaqif həmin vaxtı içkili idi. X1 ifadə verərək Qobustan rayonu ərazisində tikintidə işləyir,13 iyun 2021-ci il tarixdə bir nəfər tanımadığı şəxsin sərxoş vəziyyətdə tikintiyə gələrək səs-küy salıb ağlayı sökməyə başladı və işlədiyi işin haqqını tələb etdi. Sonradan məlum oldu ki, Şəxs əvvəlki kollektivlə işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Qobustan rayon X4 Hüquqi Şəxsin verdiyi 13 iyun 2021-ci il tarixli spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında protokolunda Şəxs 16 iyun 2021-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edildiyi göstərilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar