Məhkəmə qərarları › İş №3(026)-137/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-137/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-137/2023 12.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 22 iyun 1970-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta barədə materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs narkotik vasitədən istifadə etdiyi göstərilmişdir. Şəxs bildirdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla yaşayır. 11 aprel 2023-cü il tarixdə Qobustan şəhərində olan zaman Qobustan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlır. O da polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Onu narkotik vasitənin qəbulu testindən keçirmək üçün Qobustan rayon mərkəzi xəstəxanasına aparmışlar. Aparılmış testin nəticəsində onun narkotik vasitə olan marixuana qəbul etdiyi aşkar edilmişdir. 15-20 gün əvvəl toy məclisində olmuşdur. Orada yeyib-içdikdən sonra ola bilsin ki, narkotik vasitə qəbul etmişdir. Etdiyi əmələ görə peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Qobustan rayon polis şöbəsinin İQ-un 12 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavənin 11 aprel 2023-cü il tarixli 52 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilir ki, 22 iyun 1970-ci il təvəllüdlü Şəxs həkim müayinəsindən keçmiş və müayinə nəticəsində THC(+) pozitiv, MTF(-) neqativ, OP(-) neqativ olması aşkar edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar