Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-138/2020 27.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu xx xxxxxx 1978-ci ildə Şamaxı rayonunun Bədəlli kəndində anadan olmuş, Qobustan rayonunun Bədəlli kəndində qeydiyyatda olan X5 barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə İXP ******* saylı protokoldan şikayətə baxıb MÜƏYYƏN ETDİM: X5 Bakı şəhəri, Dövlət X6 Müşayiət-Eskort bölüyü YPX inspektoru polis serjantı X1 tərtib etdiyi İXP ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolundan şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, özünə məxsus **-ZV-*** qeydiyyat nömrə nişanlı MERCEDES BENZ C220 CDİ minik markalı avtomobillə ölkə ərazisi üzrə fərdi taksi fəaliyyəti ilə məşğul olur, Vergilər Nazirliyində qeydiyyata alınmışdır və ********** №-li VÖEN-i vardır. Vaxtında vergilərini ödəyir. xx xxxx 2020-ci il tarixində fərqlənmə nişanı almaq üçün Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin X3 müraciət etmiş. 9 manat dövlət rüsumu ödəyərək fərqlənmə nişanı almışdır. Fərqlənmə nişanı əsasında taksi fəaliyyəti ilə məşğul olur. Dövlət Avtomobil Nəqliyyat Xidməti ona və avtomobilini "icaze.e-gov.az,? portalında xx xxxx 2020 və xx xxxx 2020-ci il tarixədək qeydiyyatdan keçirmişdir. xx xxxx 2020-ci il tarixdə sistem onun icazəsini avtomatik olaraq xx xxxx 2020-ci il tarixədək uzatmışdır. O da “icaze.e-gov.az’-portalında xx xxxx 2020-xx xxxx 2020-ci il tarixlər üçün icazəsi olduğuna görə məhdudiyyətsiz taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxx 2020-ci il saat 09:01-də H.Əliyev pr. ərazisində rey keçirilən zaman ona məxsus **-ZV-*** qeydiyyat nömrə nişanlı MERCEDES BENZ C220 CDİ minik markalı avtomobillə qanunlara uyğun hərəkət etmiş, hərəkətdə olduğu zaman DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX inspektoru polis serjantı X4 ona saxla əmri vermiş, avtomobili könüllü saxlamışdır. Ondan şəxsiyyət vəsiqəsi tələb olunmuş və hərəkət etmək üçün icazəsinin olub-olmadığı ilə maraqlanılmışdır. İcazəmin xx xxxx 2020-ci ilədək olduğunu demişdir. YPX inspektoru X4 şəxsiyyət vəsiqəsinə baxmış və icazəsinin xx xxxx 2020-ci il tarixdə ləğv edildiyini ona demiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına (hallarına) yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edərək ona 200 manat cərimə yazılmışdır. İcazəsini mütəmadi olaraq “mygov.az” portalında yoxlamışdır. Ona qarşı yazılmış cərimə polis əməkdaşı tərəfindən qərəzli yazılmışdır. Onun icazəsinin ləğv edilməsi üçün heç bir əsas olmamışdır. Qanunlara əməl edərək taksi fəaliyyəti ilə məşğul olur.Onun gediş-gəlişinə icazə olduğu üçün həmin cəriməni qanunsuz hesab edərək protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, şikayət natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Çünki qanunla protokoldan şikayət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, X2 Bakı şəhəri, Dövlət X6 Müşayiət-Eskort bölüyü YPX-nin İXP ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolundan Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən şikayət nəzərdə tutulmadığından şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİM: X2 Bakı şəhəri, Dövlət X6 Müşayiət-Eskort bölüyünün İXP ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: M.Q. Quliyev
Məhkəmə qərarları › İş №3(026)-138/2020
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-138/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver