Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-140/2020 28.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, zərərçəkmiş şəxslər X4 və X5 iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Şamaxı rayonunun Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonunun Sağiyan kəndində yaşayan X2 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda X2 xx xxxx 2020-ci il tarixdə Qobustan şəhərində küçədə X4 və X8 söyüb təhqir edərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək bildirdi ki, Şamaxı rayonunun Sağiyan kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinə gəlmişdir. Şöbədən çıxıb yaxınlıqda olan marketə getdiyi zaman polis şöbəsinin əməkdaşları onu yenidən şöbəyə gətirdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Qobustan rayonunun Qobustan rayonunun Yekəxana kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə həmkəndlisi İmkan Səftərovla birlikdə Qobustan rayonunun Polis şöbəsində çıxıb evlərinə yetmək istəyərkən onların qarşısında bir avtomaşın dayanmış və onları söyüb təhqir etmişdir. İmkan oradan qaçmaq istəyərkən Təbriz İmkanın arxasınca getdiyi zaman o Qobustan rayon polis şöbəsinə zəng vurub bu barədə məlumat vermişdir. Təbriz onlara nalayiq sözlər deyərək qovmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Veysəl Əliyusif oğlu ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta törədən şəxs X2 bu əməli zərərçəkmiş şəxsin və şahidlərin izahatı ilə, eləcə də iş üzrə toplanmış materiallarla təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və zərərçəkmiş şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-140/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-140/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver