Məhkəmə qərarları › İş №3(026)-141/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-141/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-141/2020 28.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X2 və X3 iştirakı ilə, xx xxxx 1996-cı ildə Şamaxı rayonunun Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonunun Sağyan kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs Ədaləoğlunun xx xxxx 2020-ci il tarixdə Qobustan şəhərində küçədə X2 və X5 söyüb təhqir edərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şamaxı rayonunun Sağyan kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə valideynlərini Qobustan rayon polis şöbəsinə gətirmiş və onları şöbənin qarşısında düşürüb idarə etdiyi avtomaşına əyləşərək oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxtı şöbənin yaxınlığında olan X2 və X5 görmüş və avtomaşını saxlamışdır. Aralarında mübahisə yaranmışdır. Veysəl və İmkan qaçıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Qobustan rayonunun Qobustan rayonunun Yekəxana kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə həmkəndlisi İmkan Səftərovla birlikdə Qobustan rayonunun Polis şöbəsində çıxıb evlərinə yetmək istəyərkən onların qarşısında bir avtomaşın dayanmış və onları söyüb təhqir etmişdir. İmkan oradan qaçmaq istəyərkən həmin şəxs İmkanın arxasınca getdiyi zaman o Qobustan rayon polis şöbəsinə zəng vurub bu barədə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Veysəl Əliyusif oğlu ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta törədən şəxs Şəxs bu əməli zərərçəkmiş şəxsin və şahidlərin izahatı ilə, eləcə də iş üzrə toplanmış materiallarla təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar