Məhkəmə qərarları › İş №3(026)-141/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-141/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-141/2021 25.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1996-ci ildə Qobustan rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci və maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 25 iyun 2021-ci il tarixdə polisin qanuni tələbinə tabe olmadığı və eyni zamanda sərxoş vəziyyətdə nalayıq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan rayonunun Poladlı kəndində ailəsi ilə birlikdə yaşayır. 24. iyun 2021-ci il tarixdə yaşadığı Qobustan rayon Poladlı kəndində “2 mərtəbə” adlanan kofedə yeyib içəndən sonra həddindən artıq içki qəbul etdiyi üçün orada olan şəxslərə nalayiq söyüşlər söymüş və polis əməkdaşına tabe olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2 bildirdi ki, 24.06.2021-ci il tarixində təxminən saat 18:40 radələrində İTB-nin rəisi polis kapitanı V.İsmayılovun göstərişi ilə Qobustan RPŞ-nın işçisi X1 rayonunun Poladlı kəndində kömək lazım olduğunu bildirdi, biz həmin kənddəki “2 mərtəbəli” adlanan kafeyə getdik, bir nəfər şəxs içkili vəziyyətdə kafenin içərisində nalayiq söyüşlər söyürdü. Həmin kəndin sahə rəisi polis mayoru Elçin İbrahimovu, həmçinin bizi söyüb-təhqir etdiyi üçün həmin şəxsi Qoobustan RPŞ-yə dəvət etdik. Qobustan RPŞ-yə gələn zaman məlum oldu ki, həmin şəxs Qobustan rayon Poladlı kənd sakini Şəxsdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X3 verdiyi 24 iyun 2021-ci il tarixli 357 saylı aktdan görünür ki, Şəxs 24 iyun 2021-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini və ikinci dərəcəli əlil olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə həbs edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar