Məhkəmə qərarları › İş №3(026)-147/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-147/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-147/2020 05.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs Zaidov Rövşən Vahid oğlunun iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Qobustan şəhərində “Vahidin kafesi” adlanan yerdə sərxoş vəziyyətdə kafe sahibi Rövşən Zaidovla mübahisə edərək onun ünvanına nalayiq sözlər deyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Qobustan şəhərində yerləşən “Vahidin kafesi” adlanan kafenin kabinetində Asim və adını bilmədiyi digər iki nəfərlə olan zaman kafeni işlədən Rövşən Zaidovun əvvəlcədən sifariş verdiyi pivə bakallarını heç bir səbəb olmadan götürərək mübahisə yaratmış, Asim və digər iki nəfər şəxs çıxıb getdikdən sonra isə ünvanına söyüş söymüş, buna görə də o da Rövşənin ünvanına söyüş söymüşdür. Mübahisə zamanı Rövşən kafenin həyətində onun gözünə stəkanla dolu spirt (araq) tökərək üzünə iki sillə vurmuşdur. Rövşənin çağırışı ilə gələn sahə rəisi Rəşad Məmmədov və digər polis əməkdaşları onun sərxoş olduğunu gördükləri üçün onu xidməti avtomobillə evinə yola salmışlar. Sərxoş olduğu üçün 102 xidmətinə zəng edən zaman düzgün məlumat verməyərək səhvən Rəşad Məmmədovun onu döyməsi və masanın üzərində olan spirti gözünə tökməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zaidov Rövşən Vahid oğlu izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Qobustan şəhər sakini Şəxs ərizə ilə Qobustan RPŞ-nə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Qobustan şəhərində yerləşən Vahid adlı şəxsin kafesində olarkən Rövşən adlı şəxsin etil spirtini onun gözünə tökərək söyüb təhqir etməsini göstərmişdir. Şəxs həmçinin DİN-nin 102 xidməti zəng mərkəzinə mobil telefonla zəng edərək yaşadığı qəsəbə ərazisində yerləşən spirtli içki qəbul etdiyi “Vahid” kafesinə gəlmiş Qobustan RPŞ-nin sahə rəisi Rəşad Məmmədovun ona kafeni tərk etməsini bildirməsinə etiraz etdiyi üçün döyülməsi və Rövşən Zaidovun masanın üzərində olan spirti onun gözünə tökməsi barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində işlətdiyi kafedə Şəhriyar adlı şəxsin sərxoş vəziyyətdə onun ünvanına söyüş söydüyü üçün bu barədə polis sahə rəisi Rəşad Məmmədova məlumat vermiş, Şəxs döyməmiş, gözünə spirt tökməmişdir. İşdə olan Qobustan rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar