Məhkəmə qərarları › İş №3(026)-147/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-147/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-147/2022 06.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, 21 avqust 1980-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şirvan şəhəri, Natavan küçəsi ev 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 17 may 2022-ci il tarixdə saat 12:40-da xüsusi razılıq (lisenziya) olmadan tibbi fəaliyyətlə (stomatoloji fəaliyyət) məşğul olduğunun aşkar edildiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Qobustan şəhərindəki stomatoloji kabineti bir ilə yaxın müddətdə açmağına baxmayaraq normal fəaliyyətə son bir ayda başlamışdır. Həftənin 1- 3-5-ci günlərində Qobustan şəhərində, 2-4-6-cı günlərində isə Şirvan şəhərində işləyir. Həqiqətən də fəaliyyətə başlayarkən lisenziya almamışdır. Fəaliyyətə təzə başladığı üçün elə də çox pasiyentləri olmamışdır. 4 saylı Ərazi Vergi idarəsinin əməkdaşları onun fəaliyyətini yoxlayarkən gəliri cəmi 200 manat olmuş və bu barədə vergi əməkdaşlarına izahat vermişdir. Vergi yoxlamasından sonra lisenziya almışdır və hazırda lisenziya əsasında işləyir. Lisenziyası olmadan işlədiyinə görə dəymiş 200 manat ziyanı ödəmişdir. Ona görə də barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, 4 saylı Vergilər idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 16 may 2022-ci il tarixli **********7547 nömrəli qərarı əsasında vergi ödəyicisi Şəxs (VQEN: **********) məxsus AZ3700, Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massiv ünvanında yerləşən “Diş Kabineti" adlı təsərrüfat subyektində (obyekti) Vergi Məcəlləsinin 50.1.6-cı maddəsinə əsasən “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi” məqsədi ilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş vergi nəzarət tədbiri nəticəsində vergi ödəyicisi Şəxs qanunla müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almadan özəl tibb fəaliyyəti (stomatoloji fəaliyyət) ilə məşğul olduğu aşkar edilmiş və yol verilmiş qanun pozuntusu 17 may 2022-ci il tarixli DVX seriyalı 000103 nömrəli aktla rəsmiləşdirilərək Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) ilə 17 may 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yoxlama amanı Şəxs işlədiyi dövr ərzində 200 manat qazancı olduğu müəyyən edilmişdir. Hazırda Şəxs dəymiş ziyanı ödədiyinə görə barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsinin 17 may 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 03 iyun 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ödəniş portalı vasitəsi ilə Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər idarəsinin hesabına 200 manat ödənilmişdir. Azərbaycan Respublikası İXM-in 398-ci maddəsinin 2-ci qeydində göstərilir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və 4 saylı Ərazi Vergi idarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, dəymiş ziyanı ödədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar