Məhkəmə qərarları › İş №3(026)-148/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-148/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-148/2022 03.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X7 oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 13 may 2022-ci il tarixli, MN 463360 saylı protokol daxil olmuşdur. Protokolda göstərilmişir ki, Şəxsnə məxsus “Mitsubishi L-200” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü 04 aprel 2022-ci il tarixdə saat 14:22-də yolda müəyyən edilmiş hərəkət surətini 36 km saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs tərəfindən Qobustan rayon polis şöbəsinə qeyd edilən avtomaşının sürücüsü barədə vaxtında məlumat verilmədiyindən göstərilən inzibati xəta barədə protokol tərtib etmək mümkün olmamışdır. Ona görə dəŞəxs MMC barəsində hüquqi şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs nümayəndəsi X4 izahatında göstərdi ki, 01 yanvar 2022-ci ilə kimi MMC-yə məxsus avtomaşınların sürücüləri barədə MMC-inin fəaliyyət göstərdiyi rayonların polis şöbələrinə aylıq məlumat verilirdi. 01 yanvar 2022-ci il tarixdən sonra isə polis şöbələrinə, o cümlədən Qobustan rayon polis şöbəsinə də MMC-inin sürücüləri barədə bir illik yol vərəqələri barədə məlumat verilmişdir. Qobustan rayon polis şöbəsi tərəfindən sürücülərə bir illik yol vərəqəsi verilməsi barədə sənəd nəzərdən qaçırılmış və anlaşılmazlıq nəticəsində MMC barədə Azərbaycan Respublikası İXM-inin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta hadisəsi olmadığından MMC barədə başlanmış Azərbaycan Respublikası İXM-inin 347-ci maddəsi ilə olan işin icraatına inzibati tərkib olmadığından xitam verilməsini xahiş etdi. Qobustan rayon polis şöbəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Şəxs onlara məxsus avtomaşınların sürücüləri barədə 01 yanvar 2022-ci ilə kimi hər ay məlumat verirdilər. 01 yanvar 2022-ci ildə cəmiyyətin belə məlumatları aylıq deyil, illik vermələri nəzərdən qaçırılmış və sürücünün şəxsiyyəti barədə Şəxsnə göndərilmiş rəsmi sorğuya cavab alınmadığından anlaşılmazlıq nəticəsində MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə potokol tərtib edilmişdir. Faktiki olaraq ** AA *** dövlt qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə rayon polis şöbəsinə vaxtında məlumat verildiyindən cəmiyyət barədə başlanılmış inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Şəxs Qobustan rayon polis şöbəsinə təqdim etdiyi 10 mart 2022-ci il tarixli məktubu və ona əlavə olunmuş sənədlərdən görünür ki, cəmiyyətin balansında olan avtomaşınlar və həmin avtomaşınların sürücüləri barədə məlumatlar vaxtında təqdim edilmiş, sənədlər 01 yanvar 2022-ci ildən 31 dekabr 2022-ciil tarixə kimi etibarlı olmaqla ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1r. Şəxs 01 yanvar 2022-ci il tarixli 007 saylı minik avtomobilləri üçün yol vərəqəsindən görünür ki, Şəxs məxsus ** JK *** L-200, ** JK *** QAZ 330232 14 YÜK, ** JK *** L-200, ** JK *** L-200, ** JK *** L-200, ** JK *** L-200, ** AA *** L-200, ** AA *** “Nissan Sunny”, ** AA *** “Honda Civic”, ** JA *** L-200, ** JK *** L-200, ** JK *** L- 200, ** AA *** VAZ 21214, ** PH *** SAİPA, ** PH *** SAİPA, ** PH *** SAİPA, ** PZ *** SAİPA, ** PX *** SAİPA, ** PH *** SAİPA, ** JZ *** HUNDAİ HD65 YÜK, ** PF *** L-200 dövlət qeydiyyat nişanlı avtomaşınların respublika ərzisində vaxt məhdudiyyətsiz idarə edilməsinə icazə verilmişdir. Qobustan rayon polis şöbəsinin Şəxsnə ünvanladığı 06 aprel 2022-ci il tarixli 145.3524.1222 saylı məktubundan görünür ki, Şəxs MMC-yə məxsus “Mitsubishi L-200” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün 04 aprel 2022-ci il tarixdə saat 14:22-də yolda müəyyən edilmiş hərəkət surətini 36 km saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi bildirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-inin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən üquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-inin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-inin 347-ci maddəsi ilə olan inzibati işin icraatına inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar