Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-149/2022 25.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 may 2022-ci il tarixdə saat 23:00-da “Belarus 892” markalı 90 K 839 dövlət qeydiyyat nişanlı traktoru idarə edərkən saxlanılmış və onun nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 21 may 2022-ci il tarixdə saat 23:00-da “Belarus 892” markalı 90 K 839 dövlət qeydiyyat nişanlı traktorla Poladlı kəndinə gedərkən Qobustan rayon polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ondan sənəd tələb etmiş, lakin heç bir sənədi və sürücülük hüququ olmadığı üçün əməkdaşlara sənəd təqdim etməmişdir. Həmin vaxtı traktoru sərxoş halda idarə etmişdir. Əməlindən peşmandır. X1 izahat verərək göstərdi ki, 21 may 2022-ci il tarixdə xidmətdə olduğu zaman Qobustan rayonunun Poladlı kəndin istiqamətində hərəkət edən “Belarus 892” markalı 90 K 839 dövlət qeydiyyat nişanlı traktorun sürücüsünü saxlamış, sürücü Şəxs traktoru sürücülük hüququ olmadan və sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. 21 may 2022-ci il tarixli 00678 qeydiyyat nömrəli avtomatik test rejiminin nəticəsinə görə Şəxs 21 may 2022-ci il tarixdə alkoqolun miqdarı 0,391 faiz müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.1-ci və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddələrlə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-149/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-149/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver