Məhkəmə qərarları › İş №3(026)-15/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-15/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-15/2023 06.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 oktyabr 2022-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində əmisi X1 təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayon Nabur kəndində qeydiyyatda olmaqla yaşayır. Abduləliyev Namiq əmisidir. Aralarında daima mübahisələr baş vermişdir. 19 oktyabr 2022-il tarixdə saat 21:00 radələrində o, Namiqə məxsus kafenin qarşısından keçmiş, həmin vaxt içkili olmuşdur. Namiqdən xoşu gəlmədiyi üçün yerdən daş parçası götürüb onun kafesinin pəncərəsini sındırmış, daha sonra onu uca səslə söyüb təhqir etməyə başlamışdır. Əməlindən peşmandır. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci və 510cu maddələri ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, 01 ədəd 0.91, 0.51 metr ölçülərində qoşa plastik pəncərə şüşəsinin qiyməti 169 manat olmaqla X3 169 manat ziyan dəymişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib beş gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar