Məhkəmə qərarları › İş №3(026)-15/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-15/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-15/2024 11.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 12 avqust 1988-ci ildə Şamaxı rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 10 yanvar 2024-cü il tarixdə Qobustan rayonunun Nabur kəndində polisin qanuni tələbinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 10 yanvar 2024-cü ildə yaşadığı Nabur kəndində olarkən bir-neçə nəfər şəxsin ona yaxınlaşaraq özləri təqdim edib polis əməkdaşı olduqlarını bildirdiklərinə görə heç bir günahı olmadığını deyərək şöbəyə getmək istəmədiyindən onlardan uzaqlaşmışdır. X1 ifadə verərək göstərdi ki, Qobustan rayon polis şöbəsinin CABin əməliyyat müvəkkili işləyir. Qobustan rayonunun Nabur kəndində baş vermiş oğurluq hadisəsi ilə bağlı 10 yanvar 2024-cü il tarixdə təxminən saat 16 radələrində polis əməkdaşı X4 ilə birlikdə Nabur kəndində olmuşlar. Kənddə olarkən həmin kəndin sakini Şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdə Rüstəm onların yanından qaçaraq uzaqlaşmışıdır. Rüstəmi çağırsalar da Rüstəm onların qanuni tələblərinə tabe olmayaraq səs-küy salaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. X2 X1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar