Məhkəmə qərarları › İş №3(026)-150/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-150/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-150/2022 25.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, 12 iyun 1990-cı ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda Şəxs 18 may 2022-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində X1 məxsus kafedən 1 ədəd spirtli içki və 03 ədəd siqaret oğlurladığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Namiq Abduləliyev əmisidir və münasibətləri daima pis olmuşdur. 16 may 2022-ci il tarixdə onu Qobustan rayonu Çalov kəndində olarkən qardaşı Cavid onu çağıraraq gedib Namiqə ilişməyini ondan istəmişdir. Cavid hər gün ona siqaret alır deyə o, Cavidə yox deyə bilməmiş və 16 may 2022-ci il tarixdə gecə saat 23:30 radələrində Namiqə məxsus olan kafeyə getmişdir. O, həmin kafeyə gedərək Namiqin yanına getmiş və Namiqə heç bir söz demədən Namiqə məxsus olan “Zolotoy Koliço” adlı spirtli içkini götürüb həmin kafedən çıxmışdır. Səhv etmişdir və əməlindən peşmandır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-in 18 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikası İXM-in 227-cı (xırda talama) maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib iki yüz saat ictimai işlər tənbehi tətbiq olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. X2 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlikedən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar