Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-150/2023 03.05.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 06 avqust 1968-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 27 aprel 2023-cü il tarixdə saat 15-30 radələrində Qobustan şəhərinin B. Qəribov küçəsində “VAZ- 2101” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törətmiş, nəticədə qarşıdan gələn “VAZ-2106” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1 maddi ziyan vurmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan rayonun Qobustan şəhərində yaşayır. 27 aprel 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 2101 markalı ** VH *** nömrə nişanlı avtomaşınla Qobustan şəhəri B. Qəribov küçəsi ilə hərəkət edərkən qarşıdan gələn “VAZ-2106” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşını görüb həmin avtomaşının sağ tərəfində yer olduğu üçün sağdan keçən zaman idarəetməni itirərək həmin avtomaşının sağ yan hissəsindən toqquşmuşdur. Hadisə vaxtı avtomaşında tək olmuşdur. Xəsarət alan olmamışdır, avtomaşına ziyan dəymişdir. Əməlindən peşmandır. İşdə olan 27 aprel 2023-cü il tarixli 112 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 27 aprel 2023-cü il tarixdə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, S.B. İsmayılov Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-150/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-150/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver