Məhkəmə qərarları › İş №3(026)-151/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-151/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-151/2021 16.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Bakı şəhəri, Müşfiqabad qəsəbə sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi barədə 16 iyul 2021-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. Qobustan rayon polis şöbəsindən daxil olmuş 16 iyul 2021-ci il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 15 iyul 2021-ci il tarixdə xidmətdə olan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və səs-küy salaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs izahatında göstərdi ki, 15 iyul 2021-ci il tarixdə idarə etdiyi QAZ-31 markalı **- ZN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bacısı və bacısının nəvələri ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə getdikləri zaman Qobustan rayonunu ərazisində polis əməkdaşı ona saxla işarəsi verdiyinə görə avtomaşını saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq ondan sürücülük vəsiqəsi istəmişlər, o isə sürücülük vəsiqəsinin olmadığını onlara bildirmişdir. Bundan sonra polis əməkdaşı ilə aralarında mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə 10-15 dəqiqə davam etmişdir. Əsəbi olduğundan nə etdiyini bilməmişdir. Daha sonra həmin yerə bir neçə polis əməkdaşı gəlib onu polis şöbəsinə aparmışlar. Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahatında göstərdi ki, 15 iyul 2021-ci il tarixdə saat 17:00-da Xilmilli-Qobustan yolunda xidmətdə olarkən QAZ-31 markalı **-ZN- *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb ona saxla işarəsi verimişdir. Sürücü avtomaşını saxladıqdan sonra ona yaxınlaşaıb özünü təqdim etdikdən sonra etdiyi qayda pozuntusunu izah edib barəsində protokol tərtib etdiyi zaman sürücü əsəbi şəkildə ona etraz edərək ona əl-qol ataraq protokol tərtib etməsinə mane olaraq əlindəki bort komyuteri və mikrofonu itələyib yerə salmışdır. Həmin vaxtı qolunda olan saatı da sınmışdır. Sürücünün bu hərəkətlərini görüb polis şöbəsinin növbətçi hissəsinə zəng vuraraq kömək çağırmış və polis əməkdaşları ilə birlikdə sürücünü polis şöbəsinə aparmışlar. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Qobustan rayon mərkəzi xəstəxanası” X3 verdiyi 15 iyul 2021-ci il tarixli 387 saylı aktda göstərilir ki, Şəxs 15 iyul 2021-ci il tarixdə alkoqol qəbulu əlaməti yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Şəxs polis işçisinin qanuni tələblərinə tabe olmaması, onun polis işçisinə zor tətbiq edilməsi barədə xüsusat araşdırılmamışdır. Məhkəmə hesab edir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zor tətbiq edilməsi, xidməti vəzifəsini yerinə yetirən polis işçisinə zor tətbiq edilməsi kimi əməllərin qeyd olunan şəxs tərəfindən törədilibtörədilməməsi tam və hərtərəfli aydınlaşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qobustan rayonunun Xilmilli-Qobustan yolunda Şəxs polis əməkdaşı X1 qanuni tələbinə tabe olmaması, hakimiyyət nümayəndəsinə zor tətbiq edilərək xidməti vəzifəsinin icrasına mane olması, protokol tərtib etməsinə mane olaraq əlindəki bort komyuteri və mikrofonu itələyib yerə salması, həmçinin polis əməkdaşının qolundakı qol saatını sındıraraq ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, əməldə cinayət əlaməti olduğuna görə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə material Qobustan rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında 16 iyul 2021-ci il tarixli MN ******* saylı protokol üzrə inzibati material Qobustan rayon prokurorluğuna göndərilsin. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar