Məhkəmə qərarları › İş №3(026)-151/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-151/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-151/2022 26.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1977-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 329.3, 343.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda YPX-nin inspektorunun qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa çalışdığı və tibbi müayinədən imtina etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında göstərdi ki, 20 may 2022-ci il tarixdə idarə etdiyi VAZ-21150 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla rayonunun Ərəbqədim kəndindən Qobustan şəhərinə gələrkən Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman sərxoş vəziyyətdə olduğu üçün polislərin tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2 izahat verərək göstərdi ki, 20 may 2022-ci il tarixdə DYPB-in əməkdaşları ilə birlikdə rayon ərazisində sərxoş və nəqliyyat vasitələrini idarə etmə hüququ olmayan şəxslərin aşkarlanması istiqamətində reyid keçirən zaman təxminən saat 22:50 radələrində VAZ-21150 markalı **- SA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü dönmə işığından istifadə qaydasını pozduğu üçün ona saxla işarəsi vermiş, sürücü bir qədər getdikdən sonra avtomaşını saxlamışdır. Onunla birlikdə xidmətdə olan Qoşqar İsmayılzadə nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşıb özünü təqdim edərək ondan sənədlərini təqdim etməsini xahiş etdi. Sürücü Şəxs nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss edib ona müayinədən keçməsini bildirmiş, lakin sürücü onlara tabesizlik göstərərək avtomaşını orada qoyub çıxıb getməyə çalışmışdır. Sürücü Şəxs tabesizliyini görüb onu polisin xidməti avtomaşınına mindirərək Qobustan rayon polis şöbəsinə aparmışlar. İşdə olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” X7 verdiyi 20 may 2022-ci il tarixli spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında 497 saylı aktda Şəxs sərxoşluğun müayinəsindən imtina etdiyi göstərilmişdir. 02 noyabr 2015-ci il tarixdə X1 adına verilmiş 037098 saylı vəsiqənin surətindən görünür ki, Şəxs ümumi səbəbdən İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar