Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-151/2024 07.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 04 aprel 1996-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhəri, Yeni Massivdə yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 511.1.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 02 may 2024-cü il tarixdə gecə saat 21:30-da idarə etdiyi VAZ 21063 markalı 52BF712 qeydiyyat nişanlı avtomaşını yüksək sürətlə idarə edərək avtoxuliqanlıq etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 02 may 2024-cü il il tarixdə axşam saat 21:30 radələrində Qobustan şəhəri, H. Əliyev prospektində yerləşən “OBA” marketin qarşısında etibarnamə ilə idarə etdiyi VAZ 21063 markalı 52BF712 qeydiyyat nişanlı avtomaşın xarab olmuşdur. Orada olan bir neçə şəxsdən avtomaşını itələməklərini xahiş etdiyinə görə avtomaşını itələmişlər və akumlyatorun zaryadka yığması üçün avtomaşına qaz vermişdir. Əməlindən peşmandır. Qobustan rayon polis şöbəsinin əməkdaşı X4 izahat verərək göstərdi ki, 02 may 2024-cü il tarixdə saat təxminən 21:30 radələrində yaşadığı evdən çıxaraq Qobustan şəhəri H.Əliyev pr-də yerləşən “OBA” marketə gedərkən küçədə 4-5 dəqiqə ərzində mühərriki yüksək səslə işlədən, əhalinin dincliyini pozan avtomaşının səsini eşidib oraya yaxınlaşdıqda VAZ-2106 markalı 52BF712 dövlət nömrə nişanlı avtomaşının sürücüsünü avtomaşının arxa təkərlərini qəfildən sürətləndirərək müxtəlif səslər çıxardığını görüb ona yaxınlaşaraq ictimai qaydanı və yol hərəkəti qaydalarını pozduğunu demişdir. O, isə inzibatı məsuliyyətdən yayınmaq üçün guya avtomaşının nasaz olmasını bildirdi. Tərəfindən Qobustan rayon PŞ-nin DYPB-nin YPX əməkdaşları əraziyə dəvət edilmişdir. X1 ifadə verərək göstərdi ki, 02 may 2024-cü il tarixdə saat 21:30 radələrində yaşadığı Qobustan şəhəri H. Əliyev prospektində yerləşən “OBA” marketdə alış-veriş edərkən küçədə avtomaşının arxa təkərlərini qəfil hərəkət etdirərək və yüksək səslə idarə edərək toz etdiyini görmüşdür. Sonra pilləkənə çıxaraq toz-torpaq edənin kim olduğunu soruşmuş və həmin şəxsin Samir adlı şəxs olduğunu bilmişdir. Həmin vaxtı polis əməkdaşı Rəşad Baloğlanov ona yaxınlaşaraq onunla söhbət etdikdən sonra ora polis əməkdaşları gəlmişdir. X2 X1nun ifadəsinə oxşar ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İXMin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati qaydada inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib bir il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə həbs edilsin. Həbsetmənin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-151/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-151/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver