Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-151/2025 30.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisifərdi fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, xx xxxx 1999-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu ərazisində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 30 may 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2022 saylı, 17 may 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 20350 manat pul X6 ödənilməlidir. Lakin borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs borc məbləğini ödəməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi X9 bildirdi ki, 2023-cü ildə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 20350 manat məbləğində pul tutularaq X6 ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra borcluya könüllü icra üçün müddət verilmiş, lakin həmin müddət ərzində borclu tərəfindən icra sənədi könüllü şəkildə icra olunmamışdır. Daha sonra borcluya yazılı və şifahi xəbərdarlıqlar edilsə də, o, icra məmurunun çağırışlarına gəlməmiş, icra sənədinin icrası üzrə hər hansı məbləğdə ödəniş etməmişdir. Borclu Qobustan rayonunun Sündü kəndində qeydiyyatda olsa da, orada yaşamadığına görə onun barəsində axtarış qərarı çıxarılmış, bundan sonra borclu tapılaraq Qobustan rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbi imkanının olmaması səbəbindən icra edə bilməmiş, hər hansı ödəniş edə bilməmişdir. Onun himayəsində 04 sentyabr 2019-cu il təvəllüdlü Natiq adlı oğlu var. O, Bakıda ofisiant kimi yenicə işə düzəlmişdir və çalışacaqdır ki, icra sənədi üzrə borc məbləğini ödəsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Firuzə Bədir qızının himayəsində azyaşlı uşağının olması və artıq daimi işə daxil olması nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 01 iyul 2022-ci ildə verilmiş 17 may 2022-ci il tarixli, e-2(004)-2415/2022 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 20100 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat məbləğində pul X4 xeyrinə tutulmalıdır. İşdə surəti olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2(004)-2415/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Şəxs tələbin könüllü icrası haqqında 01 iyul 2022-ci il tarixli bildiriş verilmişdir. İşdən görünür ki, Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs 13 aprel 2023-cü il, 08 may 2023-cü il və 21 dekabr 2023-cü il tarixli məsuliyyət barədə xəbərdarlıq məktubları göndərilmişdir. Eləcə də, onun bir neçə dəfə izahatı alınmışdır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 3(026)- 370/2023 saylı qərarından görünür ki, həmin qərarla Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla borclu Şəxs barəsində axtarış elan edilmişdir. Lakin qeyd edilənlərə baxmayaraq, Şəxs tərəfindən icra sənədi üzrə hər hansı ödəniş edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. İcra sənədi üzrə ödənişlərin edilməməsi Şəxs tərəfindən də təsdiq edilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış məlumatlardan görünür ki, Şəxs 04 sentyabr 2019-cu il təvəllüdlü Natiq adlı uşağı var. Məhkəmə bu halı, eləcə də, əməlini səmimi şəkildə etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. İXM-in 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində 6 yaşlı uşağının olmasını nəzərə alan məhkəmə bildirir ki, İXM-in 30.2-ci maddəsinə uyğun olaraq onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Bu baxımdan onun barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yalnız inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini yüngülləşdirən halları, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq, həmin inzibati cərimənin də minimum həddə təyin edilməsini ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X2 göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq vəkil X2 hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-151/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-151/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver