Məhkəmə qərarları › İş №3(026)-152/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-152/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-152/2022 27.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Qobustan rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 25 aprel 2022-ci il tarixdə X2 ilə aralarında yaranmış mübahisə zamanı X1 qolundan tutaraq ona fiziki ağrı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 24 aprel 2022-ci il tarixdə özünə məxsus olan torpaq sahəsində xırda buyuzlu heyvanların olmasını görmüşdür. Həmin heyvanların sahibini axtarmaq və fotoşəkillərini çəkmək üçün heyvanları bir yerə yığmışdır. Daha sonra adını bilmədiyi xanım ona yaxınlaşaraq mübahisə yaratmış və o da heyvanların fotoşəkillərini çəkdikdən sonra geri qaytarmışdır. Hadisə zamanı həmin şəxsə qarşı fiziki zor tətbiq etməmiş və heyvanları aparmamışdır. X4 ilə barışıb birlikdə yaşayırlar. Esmiranın ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Qobustan rayon ərazisində təsərrüfatla məşğul olur. Ona məxsus olan 57 baş xırdabuynuzlu heyvanı Təklə kəndi ərazisində saxlayır. 24 aprel 2022-ci il tarixdə saat 12 radələrində özünə məxsus olan qoyunları bir nəfər tanımadığı şəxsin apardığını görmüşdür. O həmin şəxsə yaxınlaşdıqda həmin şəxs heyvanların ona məxsus olan sahəyə girdiyini bildirmiş və fotoşəkillərini çəkmək üçün apardığını demişdir. Bu səbəbdən həmin şəxs ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı adını bilmədiyi həmin şəxs onun qolundan tutaraq onu itələmişdir. Daha sonra isə o polis əməkdaşlarına məlumat vermişdir. Həmin şəxs ona məxsus olan 57 baş xırdabuynuzlu heyvanı geri qaytarmışdır. Hazırda Şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 25 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin istintaq qrupunun 25 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının surətindən görünür ki, Qobustan rayon MTE və PA birliyinin verdiyi rəyində X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törədən Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar